Qaradağda naməlum şəxs ağac kəsməyə CƏHD EDİB

Qaradağda naməlum şəxs ağac kəsməyə CƏHD EDİB






presstv

"Presstv"az #Araşdırma, #Qaradağ rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qaradağ rayonu ərazisində ağacın məhv edilməsinə cəhd olunub.

presstvaz xəbər verir ki, Səngəçal qəsəbəsində naməlum şəxs və ya şəxslər tərəfindən kəsilmək məqsədilə ağac ciddi zədələnib.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev presstvaz-a açıqlamasında faktı təsdiqləyib.

“Ağacın zədələnməsi ilə bağlı 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olan şikayət yerində araşdırılıb.

Araşdırma zamanı Səngəçal qəsəbəsi, Mübariz İbrahimov küçəsində, yaşıllıq sahədə bir ədəd qarağac ağacının gövdə hissəsindən zədələnərək məhv edildiyi müəyyən olunub.

“Faktla bağlı akt tərtib olunub. Təqsirkarın müəyyən olunaraq barəsində qanunamüvafiq tədbirin görülməsi məqsədilə toplanmış sənədlər Qaradağ Rayon Polis İdarəsinə göndərilib”, – deyə Q.Ağayev bildirib.

Əzizə İsmayılova


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv