Sərhədkeçmədə Azərbaycanın gömrük işçilərinə süni intellekt yardım edəcək

Sərhədkeçmədə Azərbaycanın gömrük işçilərinə süni intellekt yardım edəcək






presstv

"Presstv"az #Azərbaycan, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Gömrük sahəsində süni intellektin tətbiqi sərhədkeçmə, qeydiyyat prosesinin sürətləndirilməsinə səbəb olacaq”.

presstvaz xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Gömrük İşinin Təşkili İdarəsinin rəisi Vasif Qurbanov “Rəqəmsal gömrük və media” mövzusunda keçirilən seminarda deyib.

İdarə rəisi bildirib ki, sərhədkeçmə prosesinin sürətli olması mühüm əhəmiyyət kəsb edir:

“Süni intellektdən istifadə bizə böyük üstünlük qazandırır. Buraya müəyyən analizlərin aparılması, proseslərin sürətləndirilməsi daxildir”.

Onun sözlərinə görə, insan əməyi ilə bu prosesi bir səviyyəyə qədər həyata keçirmək mümkün olur:

“Amma süni intellektin çox böyük imkanları var. Azərbaycanda digər qurumlar da süni intellektin tətbiqində maraqlıdır. Ümumiyyətlə, süni intellektdən istifadə müasir dövrün tələbidir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv