Cocuq Mərcanlı sakini: “Həm kəndimiz azad edildi, həm də qardaş nisgilinə son qoyuldu”

Cocuq Mərcanlı sakini: “Həm kəndimiz azad edildi, həm də qardaş nisgilinə son qoyuldu”






presstv

"Presstv"az #Ailə, #Cəbrayıl, #Müharibə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Həm kəndimiz işğaldan azad olundu, həm də uzun illər davam etmiş qardaş nisgilinə son qoyuldu”.

presstvaz xəbər verir ki, bunu “Report”un Qarabağ bürosunun əməkdaşı ilə söhbət zamanı aprelin 18-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində dəfn olunan Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hesab edilən Ələsgər Mirzəliyevin böyük qardaşı Bəyqulu Mirzəliyev deyib.

Onun sözlərinə görə, ailə üzvləri 30 ildən artıq müddətdə qardaşının həsrəti ilə yaşayıblar:

“Uzun illər qardaşımın həsrətini çəkdik. Həm Vətən həsrəti, həm də qardaşımın taleyindən xəbərsiz olmağımız bizi çox üzdü. İndi Allaha şükür edirik. Bu, bizim xoşbəxt günümüzdür. Çünki həm kəndimiz işğaldan azad olundu, həm də uzun illər davam etmiş qardaş nisgilinə son qoyuldu. Dünyasını dəyişən əzizlərimizi artıq öz qəbiristanlığımızda rahat dəfn edə bilirik”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv