Mirzoyan: “Ermənistan və Azərbaycan bir-birini vasitəçilərsiz daha yaxşı başa düşürlər”

Mirzoyan: “Ermənistan və Azərbaycan bir-birini vasitəçilərsiz daha yaxşı başa düşürlər”






presstv

"Presstv"az #ABŞ, #Ararat Mirzoyan, #Avropa, #Azərbaycan, #Cənubi Qafqaz, #Ermənistan, #Ermənistan XİN, #Jurnalistlər, #Rusiya, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ermənistan-Azərbaycan danışıqları məhz ikitərəfli formatda, xarici müdaxilə olmadan ən yaxşı nəticələr verirdi”.

presstv az Oxu.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Ararat Mirzoyan Antalyada türkiyəli jurnalistlərə müsahibəsində deyib.

O xatırladıb ki, nizamlanma prosesində Rusiya, ABŞ və Avropa İttifaqı da daxil olmaqla, çox sayda vasitəçi iştirak edib. Ermənistan XİN rəhbəri qeyd edib ki, bununla belə, Ermənistan-Azərbaycan danışıqlarının tarixi göstərir ki, ən böyük nəticələr birbaşa ikitərəfli dialoq formatında əldə edilib.

“Ona görə də tamamilə mümkündür ki, Cənubi Qafqazda sülhün bərqərar olmasında, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında maraqlı olan bütün dövlətlər bu və ya digər şəkildə bu prosesdə iştirak edə bilər. Amma konkret danışıqlara gəldikdə, biz tək, iki ölkə bir otaqda olanda birbaşa danışmaq imkanımız var, əlaqələrimiz var, asanlıqla fikir mübadiləsi aparırıq. Yəni texniki baxımdan, heç bir problemimiz yoxdur. Buna görə də, yəqin ki, bizim başqa bir vasitəçiyə ehtiyacımız yoxdur”, – deyə Mirzoyan bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv