Aİ minatəmizləmə səylərində Azərbaycana güclü dəstək verir – Peter Mixalko

Aİ minatəmizləmə səylərində Azərbaycana güclü dəstək verir – Peter Mixalko






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür. Avropa İttifaqı(Aİ) minatəmizləmə səylərində Azərbaycana güclü dəstək verir.

presstvaz   Trend-ə istinadən xəbər verir ki,  bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko “X” sosial şəbəkə hesabında qeyd edib.

“Biz ANAMA-nın fədakar əməyini və icraçı tərəfdaşlarımız olan BMTİP, UNICEF, eləcə də beynəlxalq və Azərbaycan vətəndaş cəmiyyəti ilə əməkdaşlığımızı yüksək qiymətləndiririk. Biz fəxr edirik ki, bizim dəstəyimiz minalarla mübarizə imkanlarının artırılmasına, o cümlədən ilk qadın minatəmizləmə qrupunun yaradılmasına gətirib çıxarıb və Azərbaycanın bu sahədə aparıcı mövqeyinə töhfə verib. Biz Azərbaycan xalqının rifahı, sülh, sabit və firavan Cənubi Qafqaz naminə güclü dəstəyimizi davam etdirəcəyik”, – deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası mina və partlamamış hərbi sursatların təhlükəsinə diqqəti cəlb etmək məqsədilə aprelin 4-nü “Ümumdünya Mina Maarifləndirilməsi və Minalarla Mübarizə Dəstəyi Günü” elan edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv