İngiloyların islam uğrunda savaşı – İtitala kəndi

İngiloyların islam uğrunda savaşı – İtitala kəndi






presstv

"Presstv"az #Nəqliyyat, #Sağlamlıq, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baku TV-nin “Kəndinə qayıt” verilişinin yeni buraxılışında Balakən rayonunun İtitala kəndinə səyahət edilib.

Balakən rayonunun inzibati ərazisi olan İtitala Katex çayının sahilində yerləşir. Kəndə bu ad onun yerləşdiyi talanın iti bucağa oxşamasına görə verilib.

Əhalisinin sayı 2324 nəfərdən ibarətdir və əksəriyyətini müsəlmanlar təşkil edir. Kəndə girəndə insan özünü müasirliklə keçmişin tam mərkəzində hiss edir. Bir tərəfdə at arabasında iş dalınca tələsənlər, digər tərəfdə isə velosipedlə məktəbə gedən şagirdlər. Velosiped burada ən məşhur nəqliyyat növüdür.

İngiloylar ondan istifadə edərək həm büdcələrinə qənaət edir, həm ekologiyanı qoruyur, həm də sağlamlıqlarının qayğısına qalırlar. İtitalanın qədimdən qalan məscidi isə ingiloyların dinə bağlılığının nümunəsidir. İbadət ocağının imamı Hacıməhəmməd Əlizadə məscid haqqında məlumat verərək, onun 1910-cu ildə tikildiyini bildirib.

“2006-cı ildə nəm çəkdiyi üçün məscidi qazıb bərpa işləri görüləndə içindən onun yarısı ölçüsündə başqa bir məscid çıxdı”, – deyə o əlavə edib. Verilişdə həmçinin ingiloyların milli mətbəxinə aid yeməyin hazırlanmasına, eləcə də onların adət-ənənələri ilə bağlı söhbətlərə yer verilib.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv