“Hatayspor”un sabiq futbolçusu Aaron Bupendzanın faciəli ölümünün səbəbi bilindi

“Hatayspor”un sabiq futbolçusu Aaron Bupendzanın faciəli ölümünün səbəbi bilindi






presstv

"Presstv"az #Araşdırma, #Çin, #Futbol, #Hadisə, #Hatayspor, #Superliqası, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çin Superliqasının “Çjetszyan” klubunda çıxış edən və eyni zamanda, Qabon milli komandasının hücumçusu olan Aaron Bupendzanın 11-ci mərtəbədən yıxılaraq ölməsinin səbəbi məlum olub.

presstvaz xəbər verir ki, Çin polisinin ölüm faktı ilə bağlı apardığı araşdırma nəticəsində futbolçunun binadan kənar müdaxilə olmadan, özünün yıxıldığı müəyyən edilib.

Daha əvvəl futbolçunun qardaşı ilə mübahisə etdiyi və onun tərəfindən binadan atıldığı iddia olunurdu.

16 aprel, 15:56

Çin Superliqasının “Çjetszyan” klubunda çıxış edən və eyni zamanda, Qabon milli komandasının hücumçusu olan Aaron Bupendza 28 yaşında dünyasını dəyişib. Futbolçu bir müddət əvvəl Türkiyənin “Hatayspor” klubunda da oynamışdı.

presstvaz bu barədə “TRT Haber”ə istinadla xəbər verir.

Çinli rəsmilər bu faciəli hadisə ilə bağlı dərhal araşdırmalara başlayıblar. Hazırda üç əsas ehtimal var: qətl, bədbəxt hadisə və intihar.

Məlumatlara görə, Bupendzanın ölümündən əvvəl onun mənzilinə qardaşı gəlib və onlar arasında mübahisə yaşanıb. Versiyalardan birinə görə, futbolçu məhz qardaşı tərəfindən binadan aşağı atılıb. Digər versiyalar isə onun təsadüfən yıxılması və ya özünü binadan atmasıdır.

Klubdan verilən açıqlamaya görə, təcrübəli hücumçu son məşqə heç bir səbəb göstərmədən qatılmayıb. Komandanın onunla əlaqə saxlamaq cəhdləri də nəticəsiz qalıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv