Deputatdan təklif: “TÜRKPA-da təhlükəsizlik çağırışlarına qarşı müdafiə strategiyası hazırlansın”

Deputatdan təklif: “TÜRKPA-da təhlükəsizlik çağırışlarına qarşı müdafiə strategiyası hazırlansın”






presstv

"Presstv"az #Milli Məclis, #Münaqişə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Son dövrlərdə dünyada geosiyasi gərginliklər artıb, regional münaqişələr və qeyri-ənənəvi təhlükəsizlik təhdidləri gündəmə gəlib. Bu vəziyyət bizləri daha yaxın əməkdaşlığa, birgə müdafiə strategiyalarına və effektiv təhlükəsizlik əməkdaşlığına çağırır. Türk dövlətləri olaraq biz bu təhdidləri yalnız birlikdə aradan qaldıra bilərik. Bu baxımdan, mən bugünkü toplantımızda bir neçə təkliflə çıxış etmək istəyirəm”.

presstvaz xəbər verir ki, bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova Türk Dövlətləri Təşkilatının Parlament Assambleyasına (TÜRKPA) üzv ölkələrin parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələrinin sədrlərinin ikinci iclasında çıxışı zamanı deyib.

O təklif edib ki, TÜRKPA ölkələri arasında ortaq təhlükəsizlik çağırışlarına qarşı müdafiə və təhlükəsizlik strategiyası hazırlansın:

“Hesab edirəm ki, bu strategiya regiondakı əsas təhdidləri nəzərə alaraq birgə müdafiə siyasətinin formalaşdırılmasına öz töhfəsini verəcək. Hibrid təhdidlər, terrorizm və kiberhücumlar kimi təhlükələrə qarşı ortaq yanaşmaların müəyyən edilməsi məqsədilə bu strategiya üzv ölkələr arasında koordinasiyanı təmin edəcək”.

“Bundan başqa, təklif edirəm ki, komitələrimiz arasında daha sıx əməkdaşlığımızla bağlı saziş imzalansın. Bu sazişlə Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı üzrə Koordinasiya Şurası da yaradıla bilər. Komitə rəhbərləri və əsas üzvlərdən ibarət olacaq şura mütəmadi iclaslar vasitəsilə regional təhlükəsizlik gündəliyini və strateji qərarlar qəbul etsinlər. Alt işçi qrupları (kiber təhlükəsizlik, sərhəd təhlükəsizliyi və s.) fəaliyyət göstərsin.

Hesab edirəm ki, bu Koordinasiya Şurasının yaradılması, təkcə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək deyil, eyni zamanda, parlament diplomatiyasının mühüm bir elementi kimi regional sabitliyə və sülhə töhfə verəcək. Eyni zamanda, dövlətlərin milli maraqlarını qorumaqla yanaşı, ortaq təhlükəsizlik mühitinin formalaşmasına da şərait yaradacaq, – deyə deputat vurğulayıb.

O, digər təklifinin qanunvericilik bazalarının uyğunlaşdırılması ilə bağlı olduğunu bildirib:

“Bununla əlaqədar ortaq hüquqi elektron portal da yaradıla bilər. Bu portal vasitəsilə təcrübə və məlumat mübadiləsi təşkil oluna bilər”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv