Leysan səbəbindən əksər daxili çaylarda sululuq artıb

Leysan səbəbindən əksər daxili çaylarda sululuq artıb






presstv

"Presstv"az #Avto, #çayda, #Lənkəran, #Milli Hidrometeorologiya Xidməti, #Qarabağ və Şərqi Zəngəzur

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ölkə ərazisində müşahidə olunan leysan xarakterli intensiv yağıntılar ilə əlaqədar olaraq əksər daxili çaylarda sululuq artıb.

presstvaz xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Avtomat hidroloji stansiyaların aprelin 16-sı saat 00:00-a olan məlumatına əsasən ən çox artım Böyük Qafqaz ərazisindən axan çaylarda qeydə alınıb.

Belə ki, Böyük Qafqaz ərazisindən axan Əyriçayda 52 sm, Qarasuçayda 33 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçay və Qabbırı-Kəsəməndə 5 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 38 sm, Köndələnçayda 11 sm, Quruçayda 7 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda 5 sm artım qeydə alınıb.

15 aprel, 22:36

Ölkə ərazisində müşahidə olunan leysan xarakterli intensiv yağıntılarla əlaqədar olaraq əksər daxili çaylarda sululuq artıb.

presstvaz xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Avtomat hidroloji stansiyaların aprelin 15-i saat 22:00-a olan məlumatına əsasən ən çox artım Böyük Qafqaz ərazisindən axan çaylarda qeydə alınıb.

Belə ki, Böyük Qafqaz ərazisindən axan Əyriçayda 40 sm, Qarasuçayda 27 sm, Qudyalçay və Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 5 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 37 sm, Köndələnçayda 10 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda 5 sm artım qeydə alınıb.

12:02

Gecədən başlayaraq ölkənin bir çox ərazilərində müşahidə olunan leysan xarakterli intensiv yağıntılarla əlaqədar əksər daxili çaylarda sululuq artıb.

presstvaz xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, avtomat hidroloji stansiyaların məlumatına əsasən ən çox artım Böyük Qafqaz ərazisindən axan çaylarda müşahidə olunub.

Belə ki, Böyük Qafqaz ərazisindən axan Vəlvələçayda 28 sm, Qarasuçayda 12 sm, Qudyalçayda 7 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 8 sm, Zəyəmçayda 5 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Oxçuçayda 19 sm, Bəsitçayda 8 sm, Zabuxçayda 7 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda isə 17 sm artım qeydə alınıb.

Qeyd edək ki, növbəti günlərdə də çaylarda yüksək sululuğun davam edəcəyi, bəzi çaylardan sel və daşqın keçəcəyi ehtimal olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv