“Azərbaycan Dəmir Yolları”nın maşinisti 3619 manatlıq yanacaq satıb

“Azərbaycan Dəmir Yolları”nın maşinisti 3619 manatlıq yanacaq satıb






presstv

"Presstv"az #Ağstafa, #Azərbaycan, #Cinayət işi, #Gəncə şəhəri, #Hakim, #Məhkum, #Qazax, #Vəzifə, #Vəzifə saxtakarlığı, #Vəzifə səlahiyyətlərindən sui-istifadə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gəncə Şəhər Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən Qismət Əmirovun (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

presstvaz Pravda.az-a istinadən xəbər verir ki, hakim Elxan Əlizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Q.Əmirov, dörd min manat miqdarında cərimə cəzasına məhkum edilib.

İttihama görə, Q.Əmirov “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin Qatarların idarə edilməsi xidmətinin Gəncə lokomotivlərinin idarə edilməsi sahəsinin magistral üzrə teplovoz maşinisti vəzifəsində işləyib. O, Ağstafa-Qazax-Ağstafa, Gəncə-Böyük Kəsik-Gəncə istiqamətləri üzrə 2021-ci ilin may ayından 2021-ci ilin sentyabr ayınadək olan dövrdə lokomotivlərin hərəkətinin təmin edilməsi üçün QSC tərəfindən ayrılmış yanacaq və yağı, yəni həmin cəmiyyətə məxsus olmaqla ona etibar olunmuş özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə talayıb. Qismət bu məqsədlə lokomotivlərdə hərəkət marşrutunun yerinə yetirilməsi üçün kifayət qədər yanacaq və yağın olmasına baxmayaraq, marşrut vərəqələrinə həqiqətə uyğun olmayan marşrutlar qeyd etməklə nəzərdə tutulmuş yanacaq və yağı təminat məntəqəsindən götürərək Gəncə şəhəri və Ağstafa rayonu ərazisində müxtəlif şəxslərə satıb.

O, bu yolla 3619 manat pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv