Onların sürücülük vəsiqəsi 2 illik olacaq – Sonra yenidən yoxlanılacaqlar

Onların sürücülük vəsiqəsi 2 illik olacaq – Sonra yenidən yoxlanılacaqlar






presstv

"Presstv"az #Avto, #diabet, #Nəqliyyat, #Sağlamlıq, #Səhiyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son dövrlərdə artan qəzalar bunu deməyə əsas verir ki, həqiqətən də sürücülərin öz sağlamlıqlarına göstərdikləri məsuliyyət azdır. Mütləqdir ki, həm öz təhlükəsizliyimiz, həm də avtomobilimizdə əyləşən kəslərin mühafizəsi üçün səhhətimizə daim diqqət ayıraq.

Bir çoxlarımıza bəlli olduğu kimi, nəqliyyat vasitələrini idarəetmə hüququ sağlamlıq cəhətdən sürücülüyə yararlı olan insanlara verilir. Nəqliyyat vasitələrini idarə etməsinə mane olan xəstəliklərin və ya fiziki qüsurların siyahısını Səhiyyə Nazirliyinin müvafiq təşkilatları müəyyən edir.

Bəs hansı xəstəliklər olduqda sürücülük vəsiqəsi verilmir?

Mövzu ilə bağlı Milli.Az-a təlimçi Tofiq Rəcəbov açıqlama verib:

“Vətəndaş nə qədər yaxşı sürücü olsa da onun sağlamlığı və psixologiyası da yerində olmalıdır. Vətəndaşın TƏBB-dən aldığı arayış bunun bariz nümunəsidir. Burda əsas, görmə eşitmə önəmlidir”.

Baş Dövlət Yol Polis İradəsindən bildirildi ki, qanunvericiliyin tələbinə uyğun olaraq, şəxsin sağlamlığının sürücülüyə yararlı hesab edilməsinin əsasları habelə nəqliyyat vasitələrini idarə etməsinə maneə olan xəstəliklərin və fiziki pozuntuların siyahısı Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir. Həmin xəstəliklər siyahısına hərəkət,qan-damar, tənəffüz, alkoloq ve psixotrop maddələrə aludəçilik, diabet, kəskin, böyrək çatışmamazlıqları aiddir.

Siyahıda yer alan bir sıra xəstəliklərdə var ki həmin xəstəlikləri olan şəxslər üçün sürücülük vəsiqəsinin etibarlılıq müddəti şəxsin təqdim etdiyi tibbi arayışda göstərilən lakin 2 ildən artıq olmayan müddəti əhatə edir.

Ekspertlər qeyd edir ki, hər dəfə sürücülük vəsiqəsi yenilənəndə sağlamlıq haqqında arayış da təqdim edilsin.Birincisi ödənişli olmaqla, növbəti dəfə təqdim olunan arayışlar pulsuz olsun.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv