Hesablama Palatası Naxçıvanda aşkarladığı pozuntularla bağlı Baş Prokurorluq və DTX-yə müraciət edib

Hesablama Palatası Naxçıvanda aşkarladığı pozuntularla bağlı Baş Prokurorluq və DTX-yə müraciət edib






presstv

"Presstv"az #Audi, #Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, #Hesablama Palatası, #Naxçıvan Muxtar Respublikası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2024-cü ildə Naxçıvan Muxtar Respublikasında 4 audit üzrə aşkarlanmış hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal edilməsi ilə əlaqədar müvafiq materiallar Baş Prokurorluğa, eləcə də Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) göndərilib.

presstvaz xəbər verir ki, bu barədə Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.

Sənəddə deyilir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən təqdim edilmiş məlumata əsasən, Palatanın yerli idarəsinin 2024-cü ilin iş planı üzrə 3 auditlə bağlı göndərdiyi materiallar cinayət işlərinə əlavə olunub və hazırda istintaq aparılır. Bu auditlərdən 1-i üzrə 0.2 milyon manatın, əvvəlki illərdə göndərilmiş materiallar üzrə isə 0.1 milyon manatın ödənildiyi bildirilib.

İl ərzində Palatanın Naxçıvan idarəsi 2024-cü il üçün təsdiq olunmuş iş planına uyğun olaraq il ərzində 6 uyğunluq auditi və 2 analitik fəaliyyət keçirib və nəticələri rəsmiləşdirib.

“2024-cü ilin iş planı üzrə başa çatdırılmış auditlərlə uyğunluq elementləri üzrə cəmi 46.6 milyon manat maliyyə pozuntusu aşkarlanıb. Bunun 12.7 milyon manatını hesablanmış büdcəyə zərər təşkil edib. Aşkarlanmış pozuntunun 31.5 milyon manatı bank hesabında saxlanmaqla Naxçıvanın büdcəsinə köçürülməyən vəsaitdən ibarət olub. İdarənin keçirdiyi auditlərlə maliyyə hesabatları üzrə 19 milyon manat təhrif aşkarlanıb ki, bunun da 18.3 milyon manatı əhəmiyyətli təhriflərdən ibarət olub. Yuxarıda qeyd olunan nöqsanlardan əlavə, 2024-cü ilin İş Planına uyğun olaraq İdarə tərəfindən keçirilmiş auditlərlə aşkarlanmış səmərəsiz xərclərin məbləği 2.3 milyon manat olub”, – deyə hesabatda qeyd olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv