Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək






presstv

"Presstv"az #ABŞ, #Ailə, #Apple, #Audi, #Donald Tramp, #Hakim, #Los-Anceles, #Meşə, #Meşə yanğınları, #pandemiya, #Transgender

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-də kinoteatr və kino sənayesi, ölkənin 47-ci Prezidenti Donald Trampın hakimiyyətə qayıtmasından sonra mühüm dəyişikliklər yaşayır.

presstvaz xəbər verir ki, “Le Figaro”ya istinadən yayılan məlumata görə, Hollivud studiyaları son illərdə əsas prioritet kimi qəbul edilən inklüzivlik və müxtəliflik siyasətindən tədricən uzaqlaşaraq, ənənəvi ailə dəyərlərinə üstünlük verməyə başlayır.

Bu dəyişikliklərin əsas səbəblərindən biri Trampın iqtisadiyyatın müxtəlif sahələrində bərabərlik və inklüzivlik prinsiplərinə qarşı yönəlmiş fərmanları hesab olunur.

Dəyişikliklərin ilk əlamətləri artıq görünməyə başlayıb. Məsələn, “Disney” studiyası uşaq cizgi filminə transgender personaj əlavə etmək ideyasından imtina edib. Eyni zamanda, “Amazon” və “Netflix” kimi striming platformaları Bibliya süjetlərinə əsaslanan filmləri uğurla təqdim edirlər.

Hollivudun aparıcı studiyalarından birinin keçmiş rəhbəri bildirib ki, yaxın illərdə tamaşaçılar daha çox vestern janrında, döyüş mövzulu və Trampın “Make America Great Again” (“Amerikanı yenidən əzəmətli edək”) şüarına uyğun ideologiyanı təbliğ edən filmlərlə qarşılaşacaqlar. Onun fikrincə, bu yanaşma kino sənayesinin istehsal prosesinə ciddi təsir göstərəcək.

Ənənəvi olaraq liberal dəyərləri və demokratları dəstəkləyən Hollivud indi hakimiyyətdə olan respublikaçı Trampın siyasətinə uyğunlaşmaq məcburiyyətində qalır. Pandemiya, işçi tətilləri və Los-Ancelesdə baş vermiş meşə yanğınları kino sənayesini onsuz da çətin vəziyyətə salıb. Bundan əlavə, Tramp administrasiyasının tətbiq etdiyi idxal rüsumları film istehsalının maya dəyərini artırır və xarici bazarlara çıxışı çətinləşdirə bilər.

Amerikalı audiovizual media eksperti (anonim qalmaq şərti ilə) qeyd edib ki, hazırda Hollivudda ən böyük sifarişçilər “Amazon” və “Apple” kimi texnologiya nəhəngləridir. Bu şirkətlərin əksəriyyətinin Trampa açıq şəkildə dəstək verdiyi və onun baxışlarını bölüşdüyü bildirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv