BMT-də Afrikaəsilli şəxslərin Daimi Forumunda Fransanın kolonial siyasəti pislənilib

BMT-də Afrikaəsilli şəxslərin Daimi Forumunda Fransanın kolonial siyasəti pislənilib






presstv

"Presstv"az #Abbas Abbasov, #ABŞ, #Bakı, #Bakı Təşəbbüs Qrupu (BTQ), #Fransa, #Niderland, #Nyu-York, #Yeni Kaledoniya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Afrikaəsilli şəxslərin Daimi Forumunun 4-cü sessiyası işə başlayıb.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, BMT Baş Assambleyasının 2021-ci il 2 avqust tarixli qətnaməsi ilə yaradılmış Daimi Forum quldarlığın və kolonializmin səbəb olduğu ədalətsizliyin aradan qaldırılması üçün tədbirlər görür.

Beynəlxalq hüquq çərçivəsində dünyada kolonializmə qarşı mübarizə aparan, müstəmləkəçiliyin iyrənc fəsadlarını beynəlxalq müstəvidə ifşa edən Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Daimi Forum arasında qurulmuş əməkdaşlıq nəticəsində Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Qvadelup, Martinik, Kanaki (Yeni Kaledoniya), Sint Maarten, Reunyon, Bonayre, Aruba, Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası nümayəndələrinin tədbirdə iştirakı təmin edilib.

Tədbirdə çıxış edən BTQ-nin icraçı direktoru Abbas Abbasov rəhbərlik etdiyi təşkilatın dekolonizasiya istiqamətində gördüyü işlər haqqında ətraflı məlumat verərək, Fransa və Niderlandın əsarəti altında olan ərazilərin bu gün də kolonial idarəetmədən əziyyət çəkdiyini təəssüflə xatırladıb.

A.Abbasov adıçəkilən ərazilərin üzləşdiyi problemlərin daha təfsilatlı müzakirəsi üçün Daimi Forumun dəstəyi ilə BTQ tərəfindən aprelin 15-də “Dekolonizasiya: Sakit inqilab” konfransın təşkil ediləcəyini və bu xüsusda iştirakçı dövlətləri sözügedən tədbirə dəvət edib.

BTQ-nin xətti ilə Forumda iştirak edən Qvadelup, Sint Maarten, Reunyon, Martinik, Fransız Qvianasından olan nümayəndələr də öz növbələrində çıxışlarında Fransa və Niderlandın kolonial siyasətini qınamış, ölkələrinin tezliklə müstəqil olması üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulayıblar.

Tədbirdə həmçinin BTQ-nin sifarişi ilə BMT-nin tanınmış eksperti, ABŞ vətəndaşı Karlayl Korbin tərəfindən hazırlanmış “Fransız kolonializminin təkamülü: Siyasi və konstitusional tədqiqat” adlı hesabat sessiyanın iştirakçılarına təqdim olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv