“Crocus”da terror törədənlərin psixi vəziyyəti ilə bağlı ekspertizanın nəticələri AÇIQLANDI

“Crocus”da terror törədənlərin psixi vəziyyəti ilə bağlı ekspertizanın nəticələri AÇIQLANDI






presstv

"Presstv"az #Cinayət işi, #Hadisə, #Moskva vilayəti, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ekspertizanın nəticələri Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert zalında terror aktını törədənlərin hər hansı bir psixoloji problemlərinin olmadığına işarə edir”.

presstvaz-ın “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə təqsirləndirilən şəxslərdən biri olan Dalerjon Mirzoyevin vəkili Oleq Vlasov bildirib.

Onun sözlərinə görə, təqsirləndirilən şəxslərin fiziki vəziyyəti də qənaətbəxş hesab olunub.

Xatırladaq ki, terror aktı 2024-cü il martın 22-də axşam saatlarında Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall” konsert zalında baş verib. “Piknik” qrupunun çıxışından əvvəl zala silahlı şəxslər daxil olaraq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar olub və yanğın başlayıb. Hücum nəticəsində 150 nəfər həlak olub. İŞİD terror aktının məsuliyyətini öz üzərinə götürüb. Rusiya İstintaq Komitəsi “terror aktı” maddəsi üzrə cinayət işi açıb. Hadisə ilə bağlı ondan çox şəxs saxlanılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv