Fəhlə yoldaşını ehtiyatsızlıqdan güllələyən şəxsə hökm oxundu

Fəhlə yoldaşını ehtiyatsızlıqdan güllələyən şəxsə hökm oxundu






presstv

"Presstv"az #Bərdə Rayon Məhkəməsi, #Bərdə rayonu, #Cinayət işi, #Hadisə, #Hakim, #Torpaq sahəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bərdə Rayon Məhkəməsində ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Sənan Quliyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

presstvaz Pravda.az-a istinadla xəbər verir ki, hakim Gündüz Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından o, cinayət məsuliyyətindən azad edilib, cinayət işi üzrə cinayət təqibinə xitam verilib. Sənan Quliyevin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub.

İttihama görə, hadisə 30 avqust 2024-cü il tarixdə, saat 00:30 radələrində Bərdə rayonu, Nifçi kəndinin ərazisində qeydə alınıb. Belə ki, orta dərəcə sərxoş vəziyyətdə olan Sənan Quliyev torpaq sahəsində həmkəndlisi, orta dərəcə sərxoş vəziyyətdə olan zərərçəkmiş Sərxan Məlikovla (soyadı şərtidir) birlikdə fəhlə qismində ot kipləri yığırmış. O, torpaq sahəsində çöl dovşanı ovlamaq məqsədi ilə ov tüfəngini üzərində gəzdirib və oturaqlı vəziyyətdə olan zaman ayağa durub. Bu zaman ehtiyatsızlıqdan barmağı həmin silahın çaxmağına dəyib. Nəticədə silahdan açdığı atəşdən yayılmış qırmalar ondan təqribən üç metr aralıda olan Sərxanın sağ bud nahiyəsinin qabaq səthinə dəyərək ona xəsarət yetirib.

Məhkəmədə zərərçəkmiş ifadəsində Sənandan heç bir şikayət və tələbi olmadığını, onunla barışdığını söyləyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv