Kilian Mbappe İspaniya Kubokunun final görüşünü buraxa bilər

Kilian Mbappe İspaniya Kubokunun final görüşünü buraxa bilər






presstv

"Presstv"az #"Real Madrid", #Atletik Bilbao, #Fransa, #Futbol, #Hakim, #İspaniya, #Kilian Mbappe

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Real Madrid”in hücumçusu Kilian Mbappe La Liqanın XXXI turunda “Alaves”lə matçda qırmızı vərəqə aldığına görə “Barselona” ilə İspaniya Kubokunun final matçını buraxa bilər.

presstvaz “Marca” nəşrinə istinadən xəbər verir ki, İspaniya çempionatının oyununda fransalı futbolçu “Alaves”in yarımmüdafiəçisi Antonio Blankonu baldır nahiyəsinə təpiklə vurduğu üçün birbaşa qırmızı vərəqə alıb. Buna görə onu diskvalifikasiya gözləyir.

Mbappenin neçə oyun cəzalanacağı ilə bağlı yekun qərar İntizam Komitəsinin iclasında müəyyənləşəcək. Hər şey matçın baş hakimi Sezar Soto Qradonun oyunun protokolunda nə yazmasından asılı olacaq. Fransalı forvardı 1-3 oyun arası cəza gözləyir.

Aprelin 26-da “Barselona” ilə keçiriləcək kubokun finalından əvvəl “Real Madrid” çempionatda “Atletik Bilbao” və “Xetafe” ilə qarşılaşacaq.

Qeyd edək ki, Mbappe cari mövsümdə “Real Madrid” forması ilə meydana çıxdığı 47 matçda 32 qol vurub və 4 məhsuldar ötürmə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv