“Ekspo 2025″də Azərbaycan milli pavilyonunun açılışı olub

“Ekspo 2025″də Azərbaycan milli pavilyonunun açılışı olub






presstv

"Presstv"az #Azərbaycan, #Heydər Əliyev, #Siqeru İsiba, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yaponiyanın Osaka şəhərində “Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq” (Designing the Future Society for Our Lives) mövzusunda “Osaka, Kansai Ekspo 2025” dünya sərgisi işinə başlayıb.

presstvaz xəbər verir ki, “Ekspo 2025″in rəsmi açılışında Yaponiya İmperatoru Naruhito, bu ölkənin Baş naziri Siqeru İsiba, Beynəlxalq Sərgilər Bürosunun baş katibi Dmitriy Kerkentzes, dünya sərgisində təmsil olunan ölkələrdən yüksəksəviyyəli qonaqlar iştirak ediblər.

Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyonun da açılışı olub.

Açılışda Azərbaycanın “Ekspo 2025” üzrə baş komissarı, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, “Ekspo 2025″in Azərbaycan üzrə ölkə meneceri Şimzi İzumi, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və digər qonaqlar iştirak ediblər.

Qeyd edək ki, 155 hektardan çox ərazini əhatə edən “Ekspo 2025″də ümumilikdə 165 ölkə və 7 beynəlxalq təşkilat təmsil olunur. Oktyabrın 13-dək müddətdə “Ekspo 2025″ə 28 milyon ziyarətçinin gəlişi gözlənilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv