“Real Madrid”i yay mövsümündə tərk edə biləcək futbolçular müəyyənləşdi

“Real Madrid”i yay mövsümündə tərk edə biləcək futbolçular müəyyənləşdi






presstv

"Presstv"az #"Real Madrid", #Futbol, #İspaniya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Real Madrid” cari mövsümdə o qədər də yaxşı oyun göstərməməsi fonunda qarşıdan gələn yay mövsümündə heyətini yeniləməyi planlaşdırır, nəticədə, bir neçə futbolçu klubu tərk edə bilər.

presstvaz-ın məlumatına görə, bu barədə AS xəbər verir.

Bildirilir ki, mövsümün sonunda 33 yaşlı sağ müdafiəçi Lukas Vaskesin komandanı tərk etməsi daha çox ehtimal olunur. Onun yerini Trent Aleksandr-Arnoldun tutacağı gözlənilir.

Həmçinin İspaniya klubunu 32 yaşlı müdafiəçi David Alaba və 39 yaşlı yarımmüdafiəçi Luka Modriç də tərk edə bilərlər. Xorvat futbolçunun klubla müqaviləsi qarşıdan gələn yay başa çatır və “Real”da onun müqaviləsinin uzadılmasının məqsədəuyğunluğuna əmin deyillər. Alabanın əmək müqaviləsi 2026-cı ilin yayında başa çatır, lakin klub onun ağır zədədən sonra əvvəlki yüksək səviyyəni göstərə biləcəyinə şübhə edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv