Məşhur müğənni Keti Perri yaxın bir neçə gündə kosmosa uçmağa hazırlaşır

Məşhur müğənni Keti Perri yaxın bir neçə gündə kosmosa uçmağa hazırlaşır






presstv

"Presstv"az #Hadisə, #Kosmos, #Təhsil, #Yer kürəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dünya şöhrətli pop ulduzu Keti Perri 14 aprel tarixində “Blue Origin” raketi ilə kosmosa səyahətə çıxmağa hazırlaşır.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə o, “Elle” jurnalına müsahibəsində bəyan edib.

O, bu uçuşun onun üçün şəxsi və mənəvi bir missiya olduğunu vurğulayıb.

İfaçı Yer kürəsinin nə qədər qiymətli və qorunmağa layiq olduğunu hər an xatırlatması üçün kosmosa özü ilə “canlı bir varlıq” aparmaq niyyətini də açıqlayıb.

Bundan əlavə, Perri və onun həmkarları uçuş zamanı makiyaj etməyi düşünürlər.

“Kosmos nəhayət qlamur olacaq”, – deyə sənətçi bildirib.

Keti Perri qeyd edib ki, bu səfərə çıxmaqda əsas məqsədlərindən biri qızı Deyzini xəyal qurmağa ruhlandırmaqdır:

“Ona göstərmək istəyirəm ki, istənilən insan – mənşəyindən, etnik kimliyindən, iqtisadi vəziyyətindən və ya təhsil səviyyəsindən asılı olmayaraq – öz arzularını gerçəkləşdirə bilər. Deyzi artıq böyük bir xəyalpərəstdir, halbuki hələ cəmi dörd yaşı var. Amma mən bunu təkcə onun üçün yox, gələcək nəsil üçün də edirəm”, – deyə o əlavə edib.

Uçuş təxminən 11 dəqiqə davam edəcək və Yer atmosferi ilə kosmik boşluq arasındakı sərhəd hesab olunan Karman xəttinə qədər yüksələcək. Perri və həmkarları orbitə çıxmayacaqlar. Qeyd edək ki, bu missiya yalnız qadınlardan ibarət olacaq – bu isə 1963-cü ildə sovet kosmonavtı Valentina Tereşkovanın təkbaşına uçuşundan sonra ilk belə hadisədir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv