Banklardakı əmanət faizlərinin YÜKSƏLMƏ SƏBƏBİ

Banklardakı əmanət faizlərinin YÜKSƏLMƏ SƏBƏBİ






presstv

"Presstv"az #Azərbaycan, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda mövcud olan 22 bankdan 9-u pulu əhalidən ən yüksək faizlə, yəni 12 faizlə qəbul etməyə başlayıblar. Hansı ki, banklara 12-dən yuxarı faizlə qoyulan vəsaitlər sığortalanmır.

2025-ci ilin yanvar-mart ayları üzrə inflyasiya göstəricisindən 2 dəfə çoxdur. Həmçinin maraqlıdır ki, bankların əhalidən cəlb etdikləri vəsaitin məbləği verilən kreditləri üstələyir.

Mərkəzi Bankın məlumatına görə, təkcə 2025-ci ilin fevral ayında banklar fiziki şəxslərdən 137,2 milyon manat əmanət cəlb etsələr də, cəmi 77,7 milyon manat kredit veriblər.

Maraqlıdır ki, bankların vəsaitləri qanunun imkan verdiyi ən yüksək faizlə qəbul etməsinə səbəb nədir?

İqtisadçı Xalid Kərimli bildirib ki, 2023-cü ilin dekabrından etibarən Mərkəzi Bank bankların məcburi ehtiyat normalarını artırıb:

“Nəticə etibarilə banklar vətəndaşlardan, hüquqi şəxslərdən cəlb etdikləri vəsaitlərin 20-25 faizini Mərkəzi Bankda ehtiyat norması kimi saxlamaq məcburiyyətində qaldılar. Resursların bir hissəsinin Mərkəzi Bankda ehtiyat norması kimi saxlamaq tələbi ona gətirib çıxarır ki, bankların cəlb etdikləri resursların mayası bahalaşır, eyni zamanda, əllərində olan resursların həcmi məhdudlaşır”.

Əmanətlərin faizlərinin artması özünü kreditlərin faizlərində də göstərir. Mərkəzi Bankın məlumatına görə, 2024-cü ilin mart ayının əvvəlinə yeni verilmiş kreditlərin orta faizi 16,07 olsa da 2025-ci ilin eyni ayında bu göstərici 18,07 faizə yüksəlib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv