Mixail Qusman: “Azərbaycan iştirakla Antalya Diplomatik Forumunun əhəmiyyətini daha da artırdı”

Mixail Qusman: “Azərbaycan iştirakla Antalya Diplomatik Forumunun əhəmiyyətini daha da artırdı”






presstv

"Presstv"az #Azərbaycan, #Cənubi Qafqaz, #Ermənistan, #Gürcüstan, #Təhsil, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan yüksəksəviyyəli iştirakla Antalya Diplomatik Forumunun (ADF) əhəmiyyətini daha da artırdı.

presstvaz xəbər verir ki, bu fikirləri “Report”un yerli bürosuna Türkiyədə keçirilən dördüncü Antalya Diplomatiya Forumuna qatılan TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman bildirib.

O deyib ki, ADF ildən-ilə daha da təkmilləşərək, dünyada baş verən əksər problemlərin həllinə toxunur:

“İlk növbədə onu deməliyəm ki, forumun bu ilki devizi – “Parçalanan dünyada diplomatiyaya yiyələnmək”, qürur hissi doğurur. Onlarla dövlət başçılarının, yüzlərlə nazir və diplomatların, minlərlə diplomatiya sahəsində ixtisaslaşmış kadrların və eləcə də bu sahəyə maraq göstərən təhsilli gənclərin qatılması, dünyada həlli tələb olunan vacib məsələlərin gündəmə gətirilməsi bu tədbirin beynəlxalq əhəmiyyətini yüksəldir. Mən forumun açılışında Ərdoğanı diqqətlə dinlədim, dünyada baş verən bütün kritik məsələlərin hamısına toxundu ki, bunlar da çox vacib nüanslardır”.

M.Qusman bu gün ADF-də keçirilən “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” başlıqlı platformada Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirlərinin iştirak edəcəyini vurğulayaraq bildirib ki, Qafqazda sülhün bərqərar olması üçün bu formatda görüşlərə çox ehtiyac var:

“Bu da onu deməyə əsas verir ki, günümüzdə həllini gözləyən nə qədər aktual məsələlərin burada səsləndirildiyini bir daha təsdiq edir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv