ABŞ-İran danışıqları ərəfəsində Trampdan bəyanat: “Çiçəklənməsini istəyirəm, ancaq bir şərtlə”

ABŞ-İran danışıqları ərəfəsində Trampdan bəyanat: “Çiçəklənməsini istəyirəm, ancaq bir şərtlə”






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Donald Tramp, #İran, #Tehran

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp İranı xoşbəxt və çiçəklənən bir ölkə kimi görmək istədiyini bəyan edib. Lakin onun dediyinə görə bunun üçün bir vacib şərt var – Tehranın nüvə silahına malik olmaması.

presstvaz-ın məlumatına görə, bu bəyanat iki ölkə arasında İranın nüvə proqramı ilə bağlı Omanda keçiriləcək mühüm danışıqlar ərəfəsində səslənib.

“Mən İranın nüvə silahına malik olmamasını istəyirəm. Mən İranın gözəl, böyük, xoşbəxt bir ölkə olmasını arzulayıram, lakin onun nüvə silahı olmamalıdır”, – deyə ABŞ lideri vurğulayıb.

Xatırladaq ki, bu gün Omanda ABŞ və İran nümayəndələrinin görüşü keçiriləcək, burada İran nüvə proqramı ətrafında vəziyyətin tənzimlənməsi parametrlərinin müzakirəsi planlaşdırılır. Ağ Evin iddiasına görə, danışıqlar birbaşa, Tehranın iddiasına görə isə vasitəçilərin köməkliyi ilə aparılacaq. Ehtimal olunur ki, ABŞ nümayəndə heyətinə prezidentin xüsusi elçisi Stiven Uitkoff, İran nümayəndə heyətinə isə xarici işlər naziri Abbas Əraqçı rəhbərlik edəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv