Ombudsmanın çağrı mərkəzinə ən çox hansı qurumlardan şikayət daxil olub?

Ombudsmanın çağrı mərkəzinə ən çox hansı qurumlardan şikayət daxil olub?






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın), #Ədliyyə Nazirliyi, #Hakim, #Məişət zorakılığı, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “916” çağrı mərkəzinə 2025-ci ilin yanvar, fevral və mart ayları üzrə ümumilikdə 2 468 zəng daxil olub.

presstvaz-ın məlumatına görə, cari müddət ərzində çağrı mərkəzinə edilən müraciətlər əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (526), Daxili İşlər Nazirliyi (487) və Ədliyyə Nazirliyinin (329) səlahiyyətlərinə aid olan məsələlərdir.

Siyahıya yerli icra hakimiyyəti orqanları (108), Elm və Təhsil Nazirliyi (105) və diaqram üzrə təqdim olunan digər dövlət qurumları daxildir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə müraciətlərin əsas mövzuları ünvanlı dövlət sosial yardımının verilməsi, əlilliyin müəyyən edilməsi, məşğulluq, əmək mübahisələri, pensiya məsələləri və müavinətlərlə bağlı olub.

Daxili İşlər Nazirliyi üzrə müraciətlərin əsas mövzuları həmin orqan tərəfindən ehtimal olunan qeyri-obyektiv təhqiqat və istintaq araşdırmaları, dövlət yol polisinin fəaliyyəti və digər məsələlər, Ədliyyə Nazirliyi üzrə müraciətlərin əsas mövzuları isə məhkəmə qərarının icra olunmaması, qanunsuz saxlama ehtimalı, başçəkmə, müəssisələrdə görüş hüququ, saxlanma şəraiti, aliment və digər məsələlər olub.

Uşaq zorakılığı, cinsi zorakılıq, məişət zorakılığı, evlərin qanunsuz sökülməsi, bank-kredit məsələləri, ayrı-seçkilik ehtimalı, qəzalı vəziyyətdə ev və ya mənzil, korrupsiya ehtimalı ilə bağlı müraciətlər də statistikaya daxil edilib.

Cari müddətdə, həmçinin əfv məsələləri, qəyyumluq, himayə məsələləri, məhkəmə qərarının verilməməsi, aqrar məsələlər kimi mövzular üzrə də müraciətlər qeydə alınıb.

Çağrı mərkəzinə daxil olmuş zənglərin aylar, müvafiq vaxtlar, əhali qrupları, məzmun və qurumlar üzrə rüblük statistikasını ətraflı şəkildə təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv