Üçaylıq Murad təcili əməliyyat olunmalıdır: Vəziyyəti ağırdır

Üçaylıq Murad təcili əməliyyat olunmalıdır: Vəziyyəti ağırdır






presstv

"Presstv"az #Ailə, #Həkim, #Körpə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Üçaylıq körpənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

presstvaz bildirir ki, bu barədə Oxu.Az-a onun anası Yasəmən Qarayeva məlumat verib.

O bildirib ki, övladı 28 həftəlik olarkən doğulub:

“Murad yanvar ayında dünyaya gəlib. Mən 13 il övlad həsrəti çəkmişəm, illərlə ağır müalicələrdən sonra Murada hamilə qaldım. Hamiləliyim çox çətin və ağır keçib. 28 həftəlik hamilə olarkən həkim mütləq uşağı götürməli olduğumuzu dedi. Murad 1.3 kiloqram ağırlığında dünyaya gəldi. 14 gün küvəzdə qaldı. Müalicələr nəticəsində Muradın vəziyyəti günü-gündən yaxşılaşırdı. Çəkisi artmışdı, çox balaca olduğu üçün tək ağızla qidalana bilmirdi deyə, onu burnundan kateterlə qidalandırırdıq. Bir ay sonra o. yenidən küvəzə düşdü. Sizin izləyicilərin dəstəyi ilə biz həmin vəziyyətdən çıxa bildik”.

Gənc ana Muradın hazırda əməliyyata ehtiyacı olduğunu deyib:

“Son müayinələr zamanı Muradın göbək və qasıq hissəsində yırtıq olduğunu, bağırsaq boğulması olduğunu öyrəndik. Həkimlər onun təcili əməliyyata alınmalı olduğunu deyir. Bunun üçün isə lazım olan 2 500 manatın 1 000 manatını tapa bilmişik, amma qalan məbləğ hələ də çatmır. Sizin saytın izləyicilərinin dəstəyi ilə balamı bu günə gətirib çıxara bilmişdim. Bizə yenidən dəstək olmaları üçün bir daha onlara üz tutub, yalvarıram. Xahiş edirəm bizə yenidən dəstək olun”.

Ailə ilə əlaqə: (055) 329-77-59.

“Unibank”: 5243 7544 4718 1999.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv