Beynəlxalq axtarışa verilən Gürcüstan vətəndaşı Polşadan Azərbaycana gətirilib

Beynəlxalq axtarışa verilən Gürcüstan vətəndaşı Polşadan Azərbaycana gətirilib






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Baş Prokurorluq, #Ekstradisiya, #Ədliyyə Nazirliyi, #Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, #Gürcüstan, #Polşa, #Qəsdən adam öldürmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Beynəlxalq axtarışa verilən Gürcüstan vətəndaşı Polşadan Azərbaycana gətirilib.

presstvaz xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Polşanın hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir. “Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Gürcüstan vətəndaşı Ağacanov Ülpət Fizuli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Polşa Respublikasının Lodz rayon məhkəməsi tərəfindən təmin edilib.

Ülpət Ağacanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən adam öldürmə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib. Şəxs 2024-cü ilin oktyabr ayında Polşanın Kutno şəhərində müəyyən edilərək həbsə alınıb.

3 aprel 2025-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Ü.Ağacanov Polşadan ölkəmizə gətirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv