“PLAITE” – “CHELEBI” brendin Milanda zəfəri

“PLAITE” – “CHELEBI” brendin Milanda zəfəri






presstv

"Presstv"az #Azərbaycan, #Milan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hər yaz yeni adların önə çıxdığı, dizayn tarixinin yenidən yazıldığı Milan bu dəfə Azərbaycan brendi “CHELEBI”ni böyük səhnədə təqdim edib. Brendin yeni “PLAITE” kolleksiyası dünyanın ən müstəqil və öndəgedən dizayn platformalarından biri olan “Alcova” çərçivəsində təqdim olunub.

“PLAITE” sadəcə sərgi deyil, bu, müasir estetika və zəngin sənət irsi arasında qurulan dialoqun vizual təcəssümüdür. Kolleksiya, “CHELEBI”nin qurucusu və tanınmış rəssam Aida Mahmudova ilə ispan dizayner Natalia Ortega (Worn Studio) arasında yaranan yaradıcı əməkdaşlığın nəticəsidir. Onlar sadəcə formaları birləşdirmədilər – yeni bir üslub yaratdılar, bu üslubla Şərq dünyası Qərblə öz sözünü dedi.

Kolleksiyaya daxil olan vazalar və süfrə elementləri keramika, ağac, şüşə və təbii liflərdən əl işi nəticəsində hazırlanıb. İstehsalda 15 müxtəlif sənətkarlıq emalatxanası iştirak edib – və bu, hər bir əşyanın toxunuşunda, enerjisində, ruhunda hiss olunur.

Kolleksiyanın əsas vizual kodunu təşkil edən hörgü motivləri Azərbaycan sənətkarlıq ənənələrinə istinad edir. Amma bu istinad nostalji deyil – o, müasir, güclü və fərdi üslubda təqdim olunur.

Təqdimat üçün seçilən məkan isə Milan yaxınlığındakı tarixi Borsani villası idi. İntizamlı memarlıq və retro-modernist atmosfer “PLAITE” obyektləri üçün ideal səhnə olub. Əşyalarla məkan arasında elə bir harmoniya yarandı ki, bu təqdimat sərgidən çox performansa çevrilib.

Peşəkar mühitin diqqəti dərhal cəlb olunub. “PLAITE” haqqında dərhal yazmağa başladılar, ekspozisiyanı dəfələrlə ziyarət etdilər, media nümayəndələri heyranlıqlarını gizlədə bilməyiblər. Bu, rəsmi təqdir yox, həqiqi maraq və dəyərin göstəricisi idi.

“CHELEBI”nin Milanda inamla atdığı bu addım yalnız brendin deyil, həm də çağdaş Azərbaycan dizaynının qlobal səviyyədə tanınması yolunda böyük nailiyyətdir. XXI əsrin dizaynı necə olmalıdır sualına cavabdır: dərin, dürüst və hiss dolu.

Bu uğur təkcə sənaye kontekstində deyil, bütövlükdə ölkəmiz üçün qürur mənbəyidir. Azərbaycan mədəniyyəti yenidən dünyaya səslənir – bu dəfə dizayn dili ilə, zərif, müasir və olduqca təsirli şəkildə.

Aytac Qasımova


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv