Maskın DOGE-nin rəhbərliyindən uzaqlaşdırıması prosesinə başlanıldı: Bir şərtlə qala bilər

Maskın DOGE-nin rəhbərliyindən uzaqlaşdırıması prosesinə başlanıldı: Bir şərtlə qala bilər






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Donald Tramp, #İlon Mask, #Tesla, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Nümayəndələr Palatasının 77 demokrat konqresmeni tanınmış biznesmen və innovator İlon Maskı Donald Trampın Administrasiyasında Hökumət Səmərəliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsindən kənarlaşdırmaq prosesini başladıb.

presstvaz bu barədə “Axios”a istinadən xəbər verir.

Rəsmi məktubda demokratlar Ağ Evdən dərhal İlon Maskın istefa verməli və qanuna uyğun olaraq bütün qərar qəbuletmə səlahiyyətlərini cari ilin 30 may tarixindən gec olmayaraq təhvil verməli olduğunu aydın şəkildə göstərən ictimai bəyanatla çıxış etməsini tələb ediblər.

“Biz administrasiyanızın dərhal reaksiya verməsində israr edirik və bu məsələ ilə bağlı birmənalı mövqe bildirən sənədi gözləyirik”, – deyə konqresmenlərin müraciətində qeyd olunub.

Parlamentarilər, həmçinin vurğulayıblar ki, Maskın eyni vəzifəyə qayıtması yalnız onun təsis etdiyi şirkətlərdə – elektromobil istehsalçısı “Tesla” və “SpaceX” kosmik korporasiyada rəhbərlikdən imtina etməsi halında mümkün olacaq.

ABŞ-nin mövcud qanunvericiliyinə əsasən, DOGE rəhbəri kimi İlon Maskın da daxil olduğu xüsusi dövlət qulluqçuları öz vəzifələrində 130 gündən artıq qalmaq hüququna malik deyillər.

Müraciətin təşəbbüskarlarından biri olan konqresmen Qreq Kasar bildirib ki, demokratlar bütün lazımi hüquqi və siyasi alətlərə malikdirlər və qarşıya qoyulmuş məqsədə çatmaq üçün “ictimai təzyiq göstərmək üçün bütün imkanlardan” istifadə etməyə hazırdırlar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv