Bakı-Sumqayıt qatarında vaqonların sayı azaldılıb? – RƏSMİ AÇIQLAMA

Bakı-Sumqayıt qatarında vaqonların sayı azaldılıb? – RƏSMİ AÇIQLAMA






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Bəxtiyar Hacıyev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sumqayıt şəhərindən yeni qrafiklə saat 07:48-də Bakı istiqamətinə hərəkət edən ekspres tipli qatarda sıxlıq yaranması və bunun Xırdalan və Biləcəri stansiyalarında pik həddə çatması narazılıq yaradıb.

İddia olunub ki, yaranan sıxlığa səbəb qatarın vaqonlarının sayının xeyli azaldılaraq 11-dən 7-yə salınmasıdır.

presstvaz bildirir ki, məsələ ilə bağlı Oxu.az-a açıqlama verən “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev bildirib ki, sözügedən istiqamətdə vaqonların sayı azaldılsa da, reyslərin sayı artırılıb.

O qeyd edib ki, Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların 1 aprel 2025-ci il tarixindən tətbiq edilən hərəkət cədvəli ən optimal qrafikdir.

“İlk dəfə olaraq bu marşrut üzrə iş günləri, şənbə və bazar günləri olmaqla qatarların ayrı-ayrılıqda üç hərəkət cədvəli tərtib edilib. Bundan əvvəlki qrafik iş və qeyri-iş günlərini əhatə edirdi. Şənbə və bazar günləri üçün ayrı qrafiklərin tərtib olunması şənbə günləri qatarla səfərlərə bazar günləri ilə müqayisədə daha çox tələbatın olması ilə əlaqədardır. Ümumiyyətlə, yeni hərəkət cədvəlləri hazırlanarkən sərnişin tələbatı ADY-nin qatar parkının imkanları daxilində maksimum nəzərə alınıb.

Yeni qrafikə əsasən, Abşeron dairəvi dəmiryol marşrutu üzrə həftənin iş, şənbə və bazar günləri ümumilikdə 61 reys əlavə olunub. İş günləri və ya həftəiçi reyslərin sayı 66-dan 92-yə çatdırılıb, qatarlararası interval azaldılıb”, – deyə B.Hacıyev bildirib.

Qurum rəsmisi qeyd edib ki, iş günləri Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə reyslərin sayı 24-dən 36-ya çatdırılıb.

“Bundan əvvəl Sumqayıtdan Xırdalan-Bakı istiqamətində səhər saatlarında, daha dəqiq desək, saat 09-dək beş reys (saat 07:20, 07:35, 07:45, 08:10 və 08:55) var idisə, hazırda altı reys (saat 06:15, 07:20, 07:28, 07:48, 08:12 və 08:55) həyata keçirilir. Bu reyslərin də dördü müasir “Stadler KISS” qatarları ilə (əvvəlki qrafikdə olduğu kimi) icra olunur.

Bu vaxtadək Sumqayıtdan Xırdalan istiqamətində ilk qatar saat 07:20-də çıxıb Bakıya 08:01-də çatırdı. Yeni qrafiklə isə ilk qatar saat 06:15-də çıxaraq Bakıya 06:56-da çatır. Bu da iş vaxtı səhər saat 8-də başlayanlara ən uyğun vaxtdır.

Bundan əvvəl Xırdalandan Bakı istiqamətində səhər saatlarında, daha dəqiq desək, saat 09-dək beş reys (saat 07:39, 07:54, 08:15, 08:29 və 08:40) həyata keçirilirdisə, hazırda doqquz reys (saat 06:34, 06:53, 07:39, 07:51, 08:00, 08:11, 08:22, 08:31 və 08:40) icra olunur.

Xırdalan və Biləcəri sakinlərinin müraciətləri nəzərə alınaraq, Bakıya və əks istiqamətlərdə reys sayının artırılması və daha çox sərnişinin mənzil başına çatdırılması məqsədilə bu istiqamətlərdə hərəkət edən ekspres tipli qatara Biləcəri və Xırdalan stansiyalarında dayanacaq verilib. Ümumilikdə ekspres qatarı Bakı-Xırdalan-Sumqayıt-Bakı xətti üzrə artıq altı vaqondan ibarət olmaqla səhər və axşam saatlarında iki reys həyata keçirir. Bundan əvvəl isə bir reys həyata keçirirdi.

Ümumilikdə isə Sumqayıtdan (həm Xırdalan, həm də Pirşağı istiqamətləri üzrə) Bakıya saat 09-dək 13 reys (əvvəl 11 reys) həyata keçirilir ki, bu da Sumqayıt sakinlərinin daha çox seçim etmək imkanı olduğunu göstərir”, – deyə B.Hacıyev vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv