Ağır yanıq xəsarətləri alan Şəlalənin dəstəyə ehtiyacı var

Ağır yanıq xəsarətləri alan Şəlalənin dəstəyə ehtiyacı var






presstv

"Presstv"az #Ailə, #Bakı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Doqquz yaşlı Şəlalənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

presstvaz  bildirir ki, bu barədə Oxu.az-a onun anası Nuranə Abdullayeva məlumat verib.

O bildirib ki, övladı fevralın 12-də ağır yanıq xəsarətləri alıb:

“Şəlalənin doqquz yaşı var. O, fevral ayında üzərinə qaynar su töküldüyü üçün ağır yanıq xəsarətləri alıb. Biz həmin zaman Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Orada bir müddət müalicə aldıq, sonra əməliyyat olundu. Evə çıxdıqdan sonra isə Şəlalənin müalicələrini sizin saytın izləyicilərinin dəstəyi ilə davam etdirə bilirik”.

Nuranə Abdullayeva bildirib ki, övladının yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var:

“Şəlalənin yaraları böyük olduğu üçün mazları və dərmanları çox tez bitir. Hazırda mazlarımızı və dərmanlarımızı almaq üçün 800 manata ehtiyacımız var. Şəlalə ağrılara dözə bilmir, ağrıları o qədər çoxdur ki, yeməyi belə güclə yeyir. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını, övladımı bu ağrılardan qurtarmağı xahiş edirəm”.

Ailə ilə əlaqə: (070) 872-36-92.

“Bank Respublika”: 5235 2222 3594 3723.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv