Avropa çempionatında qalmaqal: Çempion güləşçi söyüldü

Avropa çempionatında qalmaqal: Çempion güləşçi söyüldü






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Hadisə, #İdman, #Rusiya, #Slovakiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə Avropa çempionatında mükafatlandırma mərasimi zamanı insident baş verib.

presstvaz “Volnaya borba” “Telegram” kanalına istinadla xəbər verir ki, xoşagəlməz hadisə Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili ilə 74 kq dərəcəsində Albaniyanı təmsil edən osetinəsilli Çermen Valiyev arasında olub.

Sözügedən “Telegram” kanalı Ç.Valiyevin məşqçisi Kaxaber Dzukayevə istinadək edərək yazıb: “Mamiaşvili Valiyevi mükafatlandırarkən onu satqın adlandırıb və çempionun ünvanına söyüş söyüb. Bunu görən Azərbaycan komandasının məşqçisi Xetaq Qazyumov Mamiaşviliyə yaxınlaşaraq onun hörmətsizliyinə görə hiddətlənib. Səhnəarxasında da qalmaqal davam edib”.

Mükafatlandırma zamanı Ç.Valiyev M.Mamiaşvilinin sözlərinə sərt reaksiya verərək federasiya rəhbərinin əlini itələyib.

Qeyd edək, Ç.Valiyev finalda Rusiya güləşçisi Zaurbek Sidakovu məğlub edib.

Həmin görüntüləri təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv