​“WhatsApp”da yenilik – İcazə tələb olunacaq

​“WhatsApp”da yenilik – İcazə tələb olunacaq






presstv

"Presstv"az #Avto, #WhatsApp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"WhatsApp" istifadəçilərin məxfiliyini daha da möhkəmləndirmək üçün yeni funksiya üzərində işləyir.

presstvaz xəbər verir ki, "Təkmilləşdirilmiş söhbət məxfiliyi" adlanan bu yenilik başqa istifadəçinin söhbətlərini qeyd etməsinə və ya göndərməsinə mane olacaq. Bildirilir ki, yeni funksiya tərəflər arasında söhbəti daha təhlükəsiz edəcək. Bildirilir ki, yeni funskiya "WhatsApp"ın beta versiyasında istifadəyə verilib. Yenilik istifadəçilərə mesajları üzərində daha çox nəzarət etmək məqsədi daşıyır. Məlumata görə, istifadəçi bu funksiyanı aktivləşdirildikdən sonra foto və video kimi media fayllarının avtomatik olaraq cihaz qalereyasında saxlanılması dayanacaq. Yeni funksiya istifadəçilərin bütün söhbətlərinin kopyalanaraq başqa yerə göndərilməsinin qarşısını alacaq.

Bu tədbirlər istifadəçilərin şəxsi söhbətlərinin digər şəxslər tərəfindən icazəsiz qeydə alınmasını və ya paylaşılmasını xeyli çətinləşdirəcək. (Metbuat.az)


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv