Keçmiş arvadını öldürmək istəyən şəxslə bağlı qərar dəyişdi

Keçmiş arvadını öldürmək istəyən şəxslə bağlı qərar dəyişdi






presstv

"Presstv"az #Abşeron rayonu, #Abşeron rayonu Xırdalan şəhəri, #Ali Məhkəmə, #Araşdırma, #Cinayət işi, #Hadisə, #Hakim, #Məhkum, #Qəsdən adam öldürmə, #Sumqayıt Apellyasiya Məhkəməsi, #Xırdalan şəhəri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ali Məhkəmədə arvadını bıçaqlamaqda təqsirləndirilən Bəhruz Əliyevin barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və zərərçəkmişin kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

presstvaz Pravda.az-a istinadən xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya protesti təmin edilib, zərərçəkmiş şəxsin kassasiya şikayəti qismən təmin olunub və məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməyib. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 3 oktyabr 2024-cü il tarixli qərarı dövlət ittihamçısının kassasiya protestinə, zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə ləğv edilib və cinayət işi yeni apellyasiya baxışına təyin olunub.

İttihama görə, hadisə 13 oktyabr 2022-ci il tarixdə saat 1 radələrində Abşeron rayonu Xırdalan şəhərində qeydə alınıb. Belə ki, Bəhruz Əliyev qısqanclıq zəminində keçmiş arvadı İ.Əliyevanı bıçaqlayıb. Kürək nahiyəsindən xəsarət alan qadın xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub. İlkin araşdırmalardan sonra qadının keçmiş həyat yoldaşı Bəhruz Əliyev tərəfindən bıçaqlanması məlum olub. O, saxlanılaraq istintaqa təhvil verilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhruz Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsindən həmin Məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsinə tövsif edilib. Bəhruz Əliyevə 5 il 2 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv