“Brent” dördillik minimumu yenilədi: Qiymət barel üçün 60 dollara düşdü

“Brent” dördillik minimumu yenilədi: Qiymət barel üçün 60 dollara düşdü






presstv

"Presstv"az #ABŞ, #Bakı, #Çin, #Dollar, #Donald Tramp, #London

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

London ICE birjasında 2025-ci il iyun tədarükü ilə “Brent” markalı neft füçersinin dəyəri 25 mart 2021-ci ildən bəri ilk dəfə bir barel üçün 61 dollardan aşağı düşüb.

presstvaz-ın məlumatına görə, bunu ticarət məlumatları göstərir.

Bakı vaxtı ilə saat 04:00-a olan birja məlumatlarına görə, “Brent”in qiyməti 5.39% azalaraq bir barel üçün 60.89 dollara düşüb.

Bakı vaxtı ilə 04:22-yə “Brent” füçersi azalmanı yavaşladıb və bir barel üçün 60.98 dollar səviyyəsində ticarət olunub (-5.25%), may 2025-ci il tədarükü ilə WTI markalı neft füçersi isə 6.52% azalaraq bir barel üçün 57.54 dollara düşüb.

01:18

Londonun ICE birjasında “Brent” markalı neftin iyun füçerslərinin qiyməti 3.79 faiz aşağı düşərək bir barelə görə 61.78 dollar səviyyəsinə qədər enib.

presstvaz RBK-ya istinadla xəbər verir ki, “Brent” markalı neft 2021-ci il aprelin 7-dən bəri ilk dəfə bir barelə görə 62 dollar səviyyəsindən aşağı satılır.

Bildirilir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Çinlə ticarət qarşıdurmasını gücləndirmək qərarına gəldikdən sonra neft ucuzlaşıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv