Çexiyanın hökumət başçısının hesabı oğurlandı: Sakinlərə qorxulu xəbərlər verildi

Çexiyanın hökumət başçısının hesabı oğurlandı: Sakinlərə qorxulu xəbərlər verildi






presstv

"Presstv"az #ABŞ, #Hadisə, #Haker hücumu, #Hakerlər, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün səhər bütün mövcud təhlükəsizlik tədbirlərinə baxmayaraq, Çex Respublikasının Baş naziri Petr Fialanın “X” sosial şəbəkəsindəki səhifəsi genişmiqyaslı haker hücumuna məruz qalıb.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə hökumət başçısının mətbuat katibi Lusiya Yeşatkova xəbər verib.

Hakerlər baş nazirin səhifəsində yalan məlumatlar yerləşdiriblər, bu da tez bir zamanda şəbəkədə yayılaraq istifadəçilər arasında panikaya səbəb olub.

Dələduzlar ölkənin guya ABŞ rüsumlarına cavab olaraq sanksiyalar hazırladığı xəbərini veriblər. Bundan başqa, Rusiya ordusunun guya sərhəd yaxınlığında beynəlxalq qüvvələr tərkibindəki Baltikyanı ölkələrdə yerləşdirilmiş çex bölmələrinə hücum etdiyi barədə saxta xəbərlər dərc ediblər.

Yalan bəyanatlar video ilə müşayiət olunub.

Hökumət başçısının mətbuat katibi Yeşatkova bu məlumatları təkzib edərək onları dezinformasiya adlandırıb.

Çex hökuməti artıq hakerlərin kimliyini müəyyənləşdirmək və onları məsuliyyətə cəlb etmək üçün hadisənin araşdırılmasına başlayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv