Ərdoğan CHP sədri Özeli məhkəməyə verdi: 500 min təzminat tələb edildi

Ərdoğan CHP sədri Özeli məhkəməyə verdi: 500 min təzminat tələb edildi






presstv

"Presstv"az #Cinayət işi, #Rəcəb Tayyib Ərdoğan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özeli məhkəməyə verib.

presstvaz-ın xəbərinə görə, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın “X” hesabında paylaşım edib.

Məlumata görə, Özgür Özelin 21-ci Fövqəladə Qurultay zamanı Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan ifadələrindən sonra bununla bağlı tədbir görülüb.

Hüseyn Aydın bildirib ki, Ankara Asliye Hüquq Məhkəməsində Özel haqqında 500 min Türkiyə lirəsi (22 min manatdan çox) dəyərində mənəvi təzminatın ödənilməsinə dair məhkəmə iddiası qaldırılıb.

Hüseyn Aydının sözlərinə görə, həmçinin prezidentin təhqir edilməsi ittihamı üzrə Ankara Respublika Baş Prokurorluğunda cinayət işinin açılmasına dair müraciət edilib.

Qeyd edək ki, Özgür Özelin Ərdoğana ünvanladığı “Türkiyəni seçkilərdən, rəqiblərindən və millətdən qorxan bir xunta idarə edir” sözləri tənqidlərə səbəb olub.

Prezident Rəcəb Tayyib Ərdoğan “xunta üzvü” ifadəsinə görə Özelə qarşı 500 min lirə təzminat tələbi ilə məhkəmə iddiası qaldırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv