Millidən qovulan qapıçıdan AÇIQLAMA

Millidən qovulan qapıçıdan AÇIQLAMA






presstv

"Presstv"az #Ailə, #Astana, #Azərbaycan, #Bakı, #Jurnalistlər, #Qazax, #Qazaxıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Məsələ komanda daxilində olmuşdu və komandanın sirri idi, daxildə də qalmasının tərəfdarı idim. Amma açığı məsələnin bu qədər böyüməsi və jurnalistlərin marağının olması mənə təəccüblü gəldi”.

presstvaz xəbər verir ki, bunu futzal üzrə Azərbaycan yığmasının heyətindən uzaqlaşdırılan Rövşən Hüseynli deyib.

Təcrübəli qapıçı sosial şəbəkə hesabında paylaşım edərkən, komandanın düşərgəsində baş verənlərə aydınlıq gətirib: “Son 4 mövsümdür legioner həyatı yaşayıram və yaxşı nəticələrim olub. Qazaxıstan çempionatında Top-5 heyətində ən yaxşı qapıçı, turun oyunçusu, bir matçda ən çox seyv nominantlarına layiq görülmüşəm, bundan başqa qapıçı olsam da etdiyim dubl və oyunlarda qollar və ötürmələr etmişəm. Hazırki çempionatda qapıçılar arasında “qol+assist” sistemində lider olsam da, mənimlə, bu nəticələrlə maraqlanan görmədim. Əksinə Rövşənin intizamsızlığı yazıldı, zəng və sms-lərin sayını isə unutmuşam.

Rövşən Alesio ilə gərginlik yaşadı və yenə eyni hal. Səbəb? Bu arada Alesio ilə baş verənlər zamanı sakitliyimi qorudum. Çünki komandanın daxilində problemler olur, amma görürəm bu məsələ yenə gündəmə gətirilib. Adını qoyublar ki, Rövşən millidə kapitanlığa gorə söz-söhbət yaradıb. Hansı ki, əvvəlcə müəyyən narazılıqlar var idi, sadəcə bu gün səbir kasası daşdı. Rövşən Vətəninə, bayrağına, himninə, əynindəki formaya hörmətə görə narazılıq etdi. Bunu həmin vaxt mənimlə bərabər soyunub-geyinmə otağında olan hər bir oyunçu deyə bilər. Aprelin 6-da plan əsasında klubda bərpa prosesi keçib, ayın 7-də millinin düşərgəsinə qoşulmalı idim. Məşqçi və klub rəhbərliyi ilə danışdım və anlayışla qarşılayıb məni bərpa prosesindən azad etdilər. Legioner həyatı yaşayıram, komandaya daha tez qoşulmaq və ailəmi görmək üçün bu addımı atdım. Aprelin 6-da gecə Astana-Bakı reysi ilə gəldim və komandanın axşam məşqində iştirak etdim. Məşqdən sonra məlum məsələləri deyib sabah məşqə qoşula biləcəyimi soruşdum. Yox cavabı aldım. Fikrimi deyib anlayış gözlədim. Hazırlıq üçün tez gəldiyim halda intizamsızlığa görə heyətdən kənardayam. Hər zaman millidə layiqincə xidmət etmişəm və dəvət olunduğum müddətcə də bunu göstərəcəyəm”, – futzalçı yazıb.

Qeyd edək ki, millinin baş məşqçisi Vitali Borisovun sözlərinə görə, Rövşən Hüseynli intizam qaydalarını pozduğuna görə düşərgədən kənarlaşdırılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv