Azərbaycandakı gizli qumar dünyası necə işləyir? – Oyun mafiyasının iç üzü

Azərbaycandakı gizli qumar dünyası necə işləyir? – Oyun mafiyasının iç üzü






presstv

"Presstv"az #Azərbaycan, #Sosial şəbəkələr, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sosial media platformalarında yayılan gizli kanallar, xüsusilə də “Telegram” üzərindən fəaliyyət göstərən onlayn kazinolara maraq geniş yayılıb.

Sadə bir link, qısa bir mesaj və vəd olunan sürətli qazanc sonda böyük maddi itkilər, psixoloji sarsıntılar və hüquqi problemlərə səbəb olur. Bu kanalların əksəriyyəti heç bir rəsmi qeydiyyatdan keçmədən, nəzarətsiz şəkildə fəaliyyət göstərir.

Reallıq isə budur ki, bu sistem hər gün daha çox insanı tələyə salır. İT mütəxəssisi Elvin Abbasov bildirib ki, bu tip saytlara bank kartlarını əlavə etmək çox təhlükəlidir:

“Vətəndaşlar bilməlidirlər ki, istər anlıq mesajlaşmaq proqramı, istərsə də birbaşa saytlar üzərindən kazino fəaliyyətlərində iştirakçı olurlarsa, bu o deməkdir ki, onların kart məlumatları artıq orada var. Nəticədə, vətəndaşlar dələduzluğa məruz qala bilərlər”.

Daxili İşlər Nazirliyindən (DİN) isə qeyd edilib ki, daxil olmuş məlumatlar əsasında polis əməkdaşları tərəfindən həmin şəxslərin qanunsuz hərəkətlərinin qarşısının alınması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunur: “Bir daha vətəndaşlara qanunsuz qumar oyunları adı altında sosial şəbəkələrdə təşkil edilən oyunlarda iştirak etməməyi tövsiyə edirik”.

Ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv