Tez-tez əsnəmək nəyin əlamətidir?

Tez-tez əsnəmək nəyin əlamətidir?






presstv

"Presstv"az #Avto, #Hadisə, #Həkim, #Nəqliyyat, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyəli qulaq burun boğaz xəstəlikləri mütəxəssisi prof.dr.Yavuz Səlim Yıldırım, tez-tez əsnəməyin normal olmadığını bildirib.

presstvaz xəbər verir ki, həkim qeyd edib ki, əsnəmə qeyri-iradi bir refleksdir.

– Əsnəmə fizioloji olaraq yata bilməyən insanlarda, səhər yeni oyandıqda, yatmaq vaxtı çatdıqda müşahidə edilə bilər. Və ya davamlı əsnəyən insanları görmüş ola bilərsiniz. Bu, fizioloji mərhələdən kənar bir xəstəliyin əlaməti kimi qəbul edilə bilər.

– Kifayət qədər yatmasına baxmayaraq əsnəməyə davam edən insanlarda daimi əsnəmə yuxu pozğunluğuna işarədir. Davamlı əsnəmə yuxu pozğunluğundan başqa oksigenin beynə çatmasına mane olan yuxu apnesi və ürək-damar xəstəlikləri kimi xəstəliklərin əlaməti və göstəricisidir. Bu insanlar tez bir zamanda həkimə müraciət etməli və müalicə almalıdırlar.

-Əsnəməyin ictimaiyyət arasında yoluxucu olduğu bilinsə də, dəfələrlə əsnəyən insanlar bunu psixoloji problemlərdən tutmuş ürək xəstəliklərinə qədər bir çox xəstəliyin əlaməti kimi şərh edə bilərlər.

Yuxu zamanı nəfəs darlığı olduqda beyinə və ürəyə oksigen çatmaması infarkt riskini artırır və beyin yuxu ehtiyacını ödəyə bilmədiyi üçün davamlı yatmağa meyl olaraq bir refleks olaraq əsnəmə meydana gəlir. Yəni yuxu apnesi səbəbiylə kifayət qədər yata bilməyən (oksigen ala bilməyən) beyin bədəninizə hər zaman yatmaq istədiyini göstərəcək.

Yuxu apnesi xəstələri səhərlər yorğun oyanırlar, kifayət qədər yata bilmirlər, işdə daim yatmağa meyllidirlər, konsentrasiyada çətinlik, unutqanlıq və əsəbilik əlamətləri olur. Yuxu apnesi olan insanlar avtomobildə yatıb yol-nəqliyyat hadisələrinə səbəb ola, oturduqları yerdə qəfil yuxuya gedə bilərlər.

Davamlı əsnəyən insanlar əvvəlcə qulaq burun boğaz mütəxəssisi tərəfindən müayinə edilməli, problemləri varsa müalicə olunmalıdır. (Medicina.az)


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv