Krediti olanlara ŞAD XƏBƏR – Bağlana bilər

Krediti olanlara ŞAD XƏBƏR – Bağlana bilər






presstv

"Presstv"az #Azərbaycan, #Problemli kredit

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda problemli kreditlərin məbləği artmaqda davam edir. Belə ki, bu il martın 1-nə olan məlumata görə, ölkədə vaxtı keçmiş kreditlərin məbləği 480,1 milyon manat təşkil edib. Bu isə ilin əvvəlinə nisbətən 6,9 %, son 1 ildə isə 2,3 % artım deməkdir.

Problemli kreditlər niyə artır? Bu tendensiya vətəndaşlara və ölkəyə nə vəd edir?

presstvaz xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, problemli kreditlərin artmasının əsas səbəblərindən biri inflyasiyadır:

"Real gəlirlərin azalması kreditlərin ödənişlərində də problemlər yaradır. Digər məsələ əmək bazarındakı gərginliklə bağlıdır. Bəzi insanlar kredit götürdükdən sonra işsiz vəziyyətə düşür və banka olan borcları qaytarmaqda çətinlik çəkirlər. Həmçinin bir sıra banklarda yoxlamaların zəifləməsi ayrı-ayrı kredit mütəxəssislərinin düzgün olmayan qaydalarla kredit verməsinə səbəb ola bilir. O cümlədən, bankların maliyyələşdirilməsi və Azərbaycan Mərkəzi Bankından (AMB) aldıqları borcun faiz dərəcəsinin artması, ümumi kredit – bankların siyasətində faiz dərəcələrinə təsir edir. Təbii ki, bu, kreditlərin ödənişində problem yaradır. Ayrı-ayrı sektorlarda müşahidə olunan çətinliklər də problemli kreditlərin artmasına yol açan amillərdəndir. Tutaq ki, kredit götürən tikinti şirkəti hər hansı səbəbdən bürokratiya ilə üzləşirsə, yaxud mənzilləri sata bilmirsə, bu, onların iflasına və nəticədə bank borclarının ödənilməməsinə gətirib çıxara bilər".

Ekspert bildirib ki, Ümumi daxili məhsulun (ÜDM), neft istehsalının azalması kimi məsələlər də əhalinin gəlirinə mənfi təsir edir:

"Hazırda problemli kreditlərin artımı ümumi bank sektorunun zəifləməsinə səbəb olur. Bilirsiniz, vaxtilə bəzi banklar problemli kreditlərə görə iflas olmuşdular. Belə hallar həm də depozit faizlərini azalda, ölkədə ümumi maliyyə sabitliyini poza bilir. Prosesin ümumi iqtisadi aktivliyə də zərərləri mümkündür. Banklar kredit verərkən daha ehtiyatlı davranmağa çalışırlar, xüsusən sahibkarlar lazımi kreditləri tapa bilmirlər. Bu, istehlakçılara da aiddir. O cümlədən, investorların banklara etimadının azalması nəticədə daha az yatırım etmələrinə gətirib çıxarır. Hesab edirəm ki, AMB başda olmaqla, maliyyə qurumları tədbirlər həyata keçirməlidirlər. Problemli kreditlərin artması ciddi siqnaldır".

İqtisadçı qeyd edib ki, ilk növbədə Azərbaycan Mərkəzi Bankı çətin vəziyyətdə olanların müəyyən edilməsi qaydalarını təyin edərək onlar üçün xüsusi dəstək fondu yarada bilər:

"Daha uzunmüddətli yollardan biri banklara nəzarətin gücləndirilməsidir. AMB bankların risk idarə etməsini, kredit portfelini gələcəkdə nəzərdən keçirərək onların düzgün qərarlar verməsinə nail ola bilər. Əhali arasında isə maliyyə savadlılığı artırılmalıdır. Çünki bəzən insanlar istehlakçı kreditlərini doğru qiymətləndirmədən götürürlər".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv