Sərhəd buraxılış məntəqələrinin genişləndirilməsi üçün əlavə torpaq sahələri ayrılıb

Sərhəd buraxılış məntəqələrinin genişləndirilməsi üçün əlavə torpaq sahələri ayrılıb






presstv

"Presstv"az #Bələdiyyə, #Əli Əsədov, #Nazirlər Kabineti, #Qazax, #Qırmızı Körpü, #Qusar rayonu, #Torpaq sahəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Qırmızı Körpü” və “Samur” dövlət sərhəd buraxılış məntəqələrinin genişləndirilməsi, sərhədkeçmə proseslərinin optimallaşdırılması və sürətli keçidin təmin edilməsi, eləcə də milli və iqtisadi təhlükəsizlik nəzərə alınaraq sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkili məqsədilə bir sıra torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması qərara alınıb.

presstvaz xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov dövlət ehtiyacları üçün torpaqların alınmasını və bu prosesə cavabdeh orqanın müəyyənləşdirilməsini nəzərdə tutan qərar imzalayıb.

Bu məqsədlə Qazax rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan 0,49 hektar və Şıxlı Bələdiyyəsinin mülkiyyətində olan 5,53 hektar torpaq sahəsi, Qusar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan 8,27 hektar və Samur Bələdiyyəsinin mülkiyyətində olan 2,752 hektar torpaq sahəsi olmaqla, ümumilikdə 8,76 hektar dövlət mülkiyyətində və 8,282 hektar bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması nəzərdə tutulur.

Qərara əsasən, bu torpaqları alan məsul orqan Dövlət Gömrük Komitəsi müəyyən edilib.

Komitə qeyd olunan torpaq sahələrinin alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə uyğun həyata keçirməli və nəticələr barədə təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv