Azad olunmuş ərazilərdəki yaylaqlara köçmək istəyənlərin NƏZƏRİNƏ

Azad olunmuş ərazilərdəki yaylaqlara köçmək istəyənlərin NƏZƏRİNƏ






presstv

"Presstv"az #Arıçılıq, #Cəbrayıl, #Fermerlər, #Füzuli, #İmişli, #Kənd Təsərrüfatı Nazirliyi, #Quba

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qoyunçuluq və arıçılıq təsərrüfatlarını işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara aparmaq istəyən fermerlərin qeydiyyatına start verilir.

presstvaz xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Qeydiyyat prosesi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) alt modulu olan koc.eagro.az portalında həyata keçirilir.

Təsərrüfatlarını azad olunmuş ərazilərdəki yaylaqlara aparmaq istəyən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından, yaxud İmişli, Beyləqan, Ağdaş, Yevlax, Mingəçevir, Ucar, Zərdab və Samux rayonlarından birində qeydiyyatda olan fermerlər koc.eagro.az portalına öz təsərrüfatları haqqında məlumatları daxil edərək 9 aprel, saat 10.00-dan etibarən qeydiyyatdan keçə bilərlər.

Fermerlərə yaylaq sahəsi portal vasitəsilə seçdikləri ərazi üzrə ayrılacaq.

2025-ci il yaylaq mövsümü dövründə arıçılıq təsərrüfatlarının Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli, Laçın və Kəlbəcər rayonları ərazisinə, qoyunçuluq təsərrüfatlarının isə Laçın və Kəlbəcər yaylaqlarına köçürülməsinə icazə verilir.

Fermerlərin köç portalına daxil etdikləri məlumat və sənədlərin tələblərə uyğunluğu yoxlandıqdan sonra təsdiq ediləcək. Müraciəti təsdiq edilmiş fermerin ANAMA tərəfindən keçirilən təlimdə iştirak etməsi üçün nazirlik tərəfindən fermerə təlimin yeri və vaxtı barədə SMS bildiriş göndəriləcək. Təlimlərdə iştirak etmiş fermerlərə mərhələli şəkildə öz təsərrüfatlarını yaylaqlara köçürməyə icazə verildiyi barədə SMS-lə məlumat veriləcək.

Köç prosesində iştirak etmək istəyən fermerlərin öz təsərrüfatlarındakı iribuynuzlu və xırdabuynuzlu heyvanları identifikasiya etməsi və identifikasiya ilə bağlı məlumatları EKTİS-ə daxil etməsi tövsiyə olunur.

Fermerlər əlavə məlumat üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edə bilərlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv