"Kartdan karta" köçürmə edənlərin DİQQƏTİNƏ

"Kartdan karta" köçürmə edənlərin DİQQƏTİNƏ






presstv

"Presstv"az #POS-terminal

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son zamanlar bəzi mağazalarda POS-terminal cihazları mövcud olsa da, müştərilərdən ödənişi “card to card” yolu ilə, yəni birbaşa kartdan karta pul köçürmə şəklində etmələri tələb olunur. Bu halda həm alıcılar çek ala bilmirlər deyə narazı qalırlar. Bundan əlavə POS-terminalla ödənişin olmaması şəffaflıq baxımından suallar doğurur. Bəs bunun cəriməsi nədir? Ümumiyyətlə, hansı mağazalarda posterminal məcburidir?

presstvaz bildirr ki,  Hüquqşünas Əkrəm Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, illik dövriyyəsi 200 min manatı ötən sahibkarlar, yəni ƏDV ödəyiciləri üçün POS-terminalın olması mütləqdir:

“Lakin hər bir halda, əgər POS-terminal yoxdursa belə, alıcı ödənişi nağd şəkildə də edə bilər. Sadəcə burada vacib məsələ odur ki, ödəniş kartla edilirsə, bu zaman onun sahibkar hesabına yönəldilməlidir. Əgər ödəniş sahibkarın və ya satıcının şəxsi kartına edilirsə, bu, artıq vergidən yayınma halı hesab olunur”.

Ə.Həsənov qeyd edib ki, bu cür hallarda qanunvericiliyə əsasən, sahibkar tutulmalı olan vergini ödəməlidir:

“Üstəlik, vergidən yayınma aşkarlandıqda həmin məbləğin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunur. Bundan əlavə, gündəlik olaraq da cərimələr (peniyalar) hesablanır. Nəticədə bir günlük gecikmə belə sahibkara ikiqat zərər gətirə bilər”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv