“İçərişəhər” stansiyasında YENİLİK

“İçərişəhər” stansiyasında YENİLİK






presstv

"Presstv"az #8 Noyabr prospekti, #Bakı, #Bakı Metropoliteni, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Bakı metropoliteni" QSC-də qatarların hərəkətinin təşkili prinsiplərinə uyğun olaraq, sonuncu stansiyalarda dalan infrastrukturu və ya dönmə kamerasının olması xüsusi əhəmiyyət kəsb edir. Buna görə Qırmızı xətdə hərəkətin mümkün ən minimal interval hədlərinə çatdırılması üçün "İçərişəhər" stansiyasının arxasından qatarların geri qaytarılması məqsədilə dönmə kamerasının inşası planlaşdırılıb və müvafiq işlərin aparılması üçün ilkin tədbirlər görülür.

presstvaz xəbər verir ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Yaşıl xətdə də funksional fəaliyyət üçün "Xətai" stansiyasından sonra xəttin inşasının davam etdirilməsi üçün nəzərdə tutulmuş 10 stansiyadan 4-ü bu istiqamətdə tikiləcək.

Xətlərin ayrılması layihəsi üçün mühüm olan infrastrukturun şərti adı "Y-15" olan stansiyadır. Bu səbəbdən konseptual inkişaf sxemində nəzərdə tutulmuş inşaat işləri müvafiq dalan infrastrukturu ilə təmin edilməsi nəzərdə tutulan "Y-15" stansiyasından başlanaraq, "Xətai" stansiyası istiqamətində aparılacaq. Bu inşaat sahəsində 8 Noyabr prospektində Nizami Gəncəvi parkının yaxınlığında yerləşən şərti adı "Y-14" olan stansiyanın inşası da tamamlanmalıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv