“CineMastercard”da “Minecraft kinoda” filminin premyeradan öncə nümayişi keçirildi

“CineMastercard”da “Minecraft kinoda” filminin premyeradan öncə nümayişi keçirildi






presstv

"Presstv"az #Aktyor, #CineMastercard, #Jurnalistlər, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Gənclik Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında eyniadlı kompüter oyunu əsasında hazırlanmış “Minecraft kinoda” macəra filminin premyeradan öncə nümayişi keçirilib. Film “Warner Bros. Pictures” və “Legendary Pictures” şirkətlərinin birgə layihəsidir.

Rejissor Cared Hessdir.

Aktyorlar: Ceyson Momoa, Cek Blek, Emma Mayers, Daniel Bruks, Sebastyan Yucin Hansen, Cenifer Kulic.

Yeni film isveçli proqramçı Markus Perssonun yaratdığı “Minecraft” kompüter oyununun ilk adaptasiyasıdır. Persson 2009-cu ildə layihə üzərində işləməyə başlayıb və bir il sonra ilk inkişafları təqdim edib. Oyun rəsmi olaraq 2011-ci ilin noyabrında buraxıldı.

Film haqqında qısaca: Dörd autsayder sirli portal vasitəsilə qəribə, möcüzələr ölkəsinə düşür. Qəhrəmanlar ölkədə məskunlaşan pis canlılarla qarşılaşmalı və evlərinə gedən yolu tapmalıdırlar. Sağ qalmaq üçün onlar malik olduqları bütün yaradıcı bacarıqlardan istifadə etməlidirlər.

Qapalı nümayişdə tanınmış simalar, ictimai xadimlər, jurnalistlər, bloqerlər, sahibkarlar və iri təşkilat rəhbərləri ilə yanaşı, həm böyüklər, həm uşaqlar da daxil olmaqla müxtəlif yaşlı qonaqlar iştirak ediblər.

Tədbirin təşkilində “FRYDAY Burgers & Fries” restoranı, foto və video “Light in Black” kreativ şirkəti, “Hellofox” event agentliyinin animatoru və “L MEGO” mərkəzi dəstək göstəriblər.

“Minecraft kinoda” filminin premyeradan öncə nümayişi oyun və kino həvəskarları üçün əsl bayram oldu. Maraqlı dekorasiya, oyun qəhrəmanının obrazı, tamaşaçıların rəğbətli rəyləri və tədbirin miqyası bu axşamı həqiqətən də unudulmaz etdi.

Tamaşaçıların “CineMastercard” kinoteatrlar şəbəkəsində ən çox gözlədiyi filmlərdən biri 3 dildə: rus, ingilis və türk dillərində nümayiş etdiriləcək. Həmçinin, “Minecraft kinoda” filmini ən son 4DX və “ScreenX” texnologiyaları ilə “CineMastercard” kinoteatrlarında izləmək olar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv