“Brent” nefti 4 ildən bəri ilk dəfə 64 dollardan aşağı düşdü

“Brent” nefti 4 ildən bəri ilk dəfə 64 dollardan aşağı düşdü






presstv

"Presstv"az #Bakı, #Dollar, #London

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Neft bazarı ciddi sarsıntı yaşayır: “London ICE” birjasında 2025-ci ilin iyun ayı tədarükü ilə “Brent” markalı neftin füçers qiyməti 26 aprel 2021-ci ildən bəri ilk dəfə olaraq 64 dollar səviyyəsindən aşağı düşüb.

presstvaz bu barədə ticarət məlumatlarına istinadla xəbər verir.

Belə ki, Bakı vaxtı ilə saat 2:09 vəziyyətinə görə, “Brent”in qiyməti 2.41% azalaraq bir barel üçün 63.97 dollara çatıb. Lakin artıq Bakı vaxtı ilə 2:27-də “Brent” füçersi azalmanı sürətləndirərək bir barel üçün 63.45 dollar (- 3,25%) səviyyəsində ticarət olunub.

Həmçinin WTI füçersi 2025-ci ilin may ayı tədarükü ilə 3.36% azalaraq bir barel üçün 59.92 dollara düşüb.

Ekspertlər neft kotirovkalarının hazırkı düşməsini OPEK-in 3 aprel tarixli son bəyanatı ilə əlaqələndirirlər. Sənəddə bildirilirdi ki, OPEK+ ölkələrindən səkkizi, may ayında neft hasilatının artımını əvvəlcədən planlaşdırılmış gündəlik 135 min barel əvəzinə gündəlik 411 min barelə qədər sürətləndirəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv