Çindən gətirilən avtomobillərdə növbəti fırıldaqçılıq: Zərər 3 milyondur – VİDEO

Çindən gətirilən avtomobillərdə növbəti fırıldaqçılıq: Zərər 3 milyondur – VİDEO






presstv

"Presstv"az #Araşdırma, #Avto, #Çin, #Dollar, #Nərimanov rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

”İnstagram” sosial şəbəkəsində, Çindən ucuz qiymətə avtomobil gətirmək adı ilə 88 nəfəri aldadıblar.

Bu barədə zərərçəkmişlər ”Xəzər Xəbər”ə müraciətlərində bildiriblər. Deyirlər ki, xaricdən avtomobil daşıma ilə məşğul olan ”Portcar” şirkətinin sosial şəbəkədə reklamını görərək ofisinə gediblər. Özünü şirkətin rəhbəri kimi təqdim edən Məmmədağa Əliyev həmin şəxslərlə müqavilə bağlayıb ki, Çindən 60 gün ərzində avtomobili gətirib sahibinə təhvil verəcəklər.

Zərərçəkmişlər aldadıldıqlarını başa düşdükdən sonra ”Portcar” şirkətinin Nərimanov rayonu ərazisində olan ofisinə gediblər. Ofis bağlı olduğundan onlar ərazi üzrə 16-cı polis bölməsinə şikayət ediblər. Onlar iddia edirlər ki, Çindən avtomobil almaq istəyən 88 nəfəri Məmmədağa Əliyev aldadıb. 115 avtomobil gətirilməli olduğu halda biri belə gətirilməyib. Zərərçəkmişlər deyirlər ki, ümumilikdə 1 milyon 400 min dollar Çindəki şəxsin hesabına ödənilib, 300 min dollar da karqo üçün Məmmədağa Əliyevə nağd şəkildə ödəyiblər.

Zərərçəkmişlər onu da bildirdilər ki, Məmmədağa Əliyev vətəndaşların şikayətindən sonra ölkədən qaçıb.

Daxili İşlər Nazirliyindən də “Xəzər Xəbər”ə bildirdilər ki, məsələ ilə bağlı ərazi üzrə polis orqanına vətəndaşların müraciəti daxil olub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Daha ətaraflı videomaterialı təqdim edirik.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv