“Mamagama” qrupu Niderlandda “Eurovision in Concert” tədbirində ilk canlı çıxışını edib

“Mamagama” qrupu Niderlandda “Eurovision in Concert” tədbirində ilk canlı çıxışını edib






presstv

"Presstv"az #Audi, #Avropa, #Avroviziya, #Azərbaycan, #Mətbuat konfransı, #Niderland

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın “Avroviziya 2025” mahnı müsabiqəsindəki təmsilçisi “Mamagama” qrupu aprelin 5-də Niderlandın paytaxtı Amsterdamda keçirilmiş ənənəvi “Eurovision in Concert” tədbirində iştirak edərək ilk dəfə canlı çıxışını gerçəkləşdirib.

presstvaz xəbər verir ki, bu barədə İctimai Televiziya (İTV) məlumat yayıb.

Bildirilib ki, “Mamagama” qrupu səhnədə “Avroviziya 2025” üçün təqdim etdiyi “Run With U” adlı mahnısını canlı şəkildə ifa edərək tamaşaçılardan böyük alqış qazanıb. Onların enerjili çıxışı və vizual performansı tədbirin yaddaqalan anlarından biri kimi dəyərləndirilib.

Konsertdən əvvəl baş tutan mətbuat konfransı zamanı isə “Mamagama” qrupu müxtəlif ölkələrdən gəlmiş media nümayəndələrinin suallarını cavablandırıb, öz yaradıcılıqları, Avroviziya təcrübəsi və musiqi mesajları barədə ətraflı məlumat verib. Təmsilçilər eyni zamanda digər iştirakçılarla da tanış olaraq müsabiqə öncəsi münasibət qurublar.

Qeyd edək ki, hər il baş tutan, Avroviziya mövsümünün simvolik tədbirlərindən biri kimi tanınan “Eurovision in Concert” müsabiqə öncəsi təmsilçilərə geniş auditoriya qarşısında özlərini təqdim etmək, ifalarını sərgiləmək və media ilə birbaşa ünsiyyət qurmaq imkanı yaradır. Bu il tədbirdə 27 ölkənin təmsilçisi çıxış edib və onların arasında Azərbaycan da xüsusi maraqla qarşılanıb.

Tədbirin təşkilatçılarına görə, bu il “Eurovision in Concert” üçün 6 mindən artıq bilet satılıb, bu isə tədbirin nə qədər böyük maraq doğurduğunun göstəricisidir. Əsas auditoriyanı Avropanın müxtəlif ölkələrindən gəlmiş Avroviziya azarkeşləri təşkil edir.

Xatırladaq ki, “Avroviziya 2025” mahnı müsabiqəsi bu il İsveçrənin Bazel şəhərində keçiriləcək və “Mamagama” qrupu may ayında baş tutacaq şounun birinci yarımfinalında 10 nömrə altında səhnə alacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv