Mixael Şumaxer ilk dəfə baba oldu

Mixael Şumaxer ilk dəfə baba oldu






presstv

"Presstv"az #Ailə, #Formula-1

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Əfsanəvi “Formula-1” pilotu, yeddiqat dünya çempionu Mixael Şumaxerin qızı Cina Şumaxer uşaq dünyaya gətirib.

presstvaz xəbər verir ki, bu barədə “Championat” məlumat verib.

Beləliklə, 55 yaşlı Mixael və həyat yoldaşı Korina baba və nənə olublar. Martın 29-da Cina Şumaxerin qızı dünyaya gəlib.

“Dünyaya xoş gəlmisən, Milli. Sən həyatımızda olduğuna görə çox xoşbəxtik”, – Cina sosial şəbəkədə yeni doğulan qızının əlinin fotosunu yerləşdirərək yazıb.

Qeyd edək ki, 2024-cü ilin sentyabr ayının sonunda Cina Şumaxer 2017-ci ildən münasibətdə olduğu idmançı Yan Betke ilə ailə həyatı qurub.

Mixael və Korinna Şumaxerin iki övladı var – qızı Cina-Mariya və oğlu Mik.

Xatırladaq ki, ötən həftə Mixael Şumaxerin artıq öz yaxınları ilə ünsiyyət qura bilmədiyi məlumat verilmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv