Dağıstanda yeddi il sahibinin məzarı üstündə yaşayan “Xatiko” öldü

Dağıstanda yeddi il sahibinin məzarı üstündə yaşayan “Xatiko” öldü






presstv

"Presstv"az #Rusiya, #Sankt-Peterburq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dağıstanın paytaxtı Mahaçqalada (Rusiya) yeddi il öz sahibinin məzarı üstündə yaşayan “Xatiko” ləqəbli pişik ölüb.

Bu barədə presstvaz “Usatıy-Polosatıy” heyvanlara yardım üzrə muxtar qeyri-kommersiya təşkilatına istinadla xəbər verir.

Heyvan baytarların köməyi ilə iki ay ərzində çox sayda ağır xəstəliklərlə mübarizə aparıb. Onun cəsədi Dağıstana gətirilərək sahibinin məzarında basdırılacaq.

Qeyd edək ki, Sankt-Peterburqdan olan heyvan hüquqları müdafiəçiləri yeddi il ərzində sahibinin qəbiristanlıqdakı məzarını tərk etməyən heyvanın taleyi ilə maraqlanıblar.

Onlar pişiyi tutublar və görüblər ki, heyvanın dişləri qırılıb, sətəlcəm inkişaf edib və qulaqlarında ağrılar var. Toplanan vəsaitlə “Xatiko” müalicəyə göndərilsə də, bu, uğursuz alınıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv